Azərbaycanla sərhəddə 16 noyabrda baş verən qarşıdurma nəticəsində ölən erməni hərbçilərin sayı 6-ya çatıb. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik ölənlərin adlarını da açıqlayıb: baş leytenant Taron Saakyan, Merujan Arutyunyan, Qurgen Sərkisyan, Artur Martirosyan, David Amiryan. Daha bir nəfərin isə şəxsiyyəti müəyyənləşdirilir. Qeyd edək ki, bundan öncə Ermənistan MN 1 hərbçinin öldüyünü, 24-nün itkin düşdüyünü (meyitini tapmadıqlarını), 13

"Space” TV-də yayımlanan "Çarə” sağlamlıq verilişinin aparıcısı kimi tanınan Fikrət Musayev 63 yaşında dünyasını dəyişib. Dalidag.az bildirir ki, bu barədə "qafqazinfo”ya onun yaxınları məlumat verib. Xalq təbabətinin bilicisi bağırsaq xərçəngindən vəfat edib. Allah rəhmət eləsin!

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Avropa İttifaqının Azərbaycanda yeni təyin olunmuş nümayəndəsi Peter Mixalko ilə görüşüb. Dalidag.az - ın məlumatına görə, Peter Mixalkonu ölkəmizdə yeni və vacib vəzifədə fəaliyyətə başlaması münasibətilə təbrik edən Dövlət Komitəsinin sədri ona işlərində uğurlar arzulayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasətinin əsas

Bu gün – noyabrın 17-i Azərbaycanda Milli Dirçəliş Günüdür. Dalidag.az xatırladır ki, bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan "Azadlıq”da (keçmiş Lenin meydanı-red) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı.

Qabların düzgün yuyulmaması, həmçinin keyfiyyətsiz yuyucu vasitələrdən istifadə onkoloji xəstəliklərin inkişafına təkan verə bilər. Dalidag.az medicina.az-a istinadən xəbər verir ki, bir çox yuyucu vasitələrdə formaldehid var. O, məhsulun istifadəyə yararlılıq müddətini uzatmaq üçündür. Ancaq bu maddə dəri və selikli qişa üçün təhlükəlidir. Bundan başqa, formaldehid immunitetə də təsir edir və xərçəng şişlərinin yaranmasına səbəb ola bilir. Məqalədə deyilir ki, qabları yuduqdan sonra silməmiş

Belarusla sərhəddə miqrant əməliyyatında əsas məqsədi Ukraynanı hədəf almaqdır. Dalidag.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatı rəhbərini müşaviri Aleksey Arestoviç deyib. "Hərbi nöqteyi-nəzərdən baxsaq, ilk miqrant Belarusla sərhəddə hasarı sındırmağa başlayan kimi əməliyyata start verildi. Əsas məqsəd isə Ukraynadır. Polşaya problem yaradırlar ki, NATO daha çox ona köməyə yönəlsin və Ukraynaya vaxtında yardım edə bilməsin", - o bildirib. Arestoviçin sözlərinə

Yaxın saatlarda Şuşa yaxınlığındakı posta qumbara atan şəxs Xankəndidəki separatçılara “təhvil” veriləcək. Dalidag.az xəbər verir ki, bu barədə Qarabağdakı separatçı-terrorçuların “ombudsmanı” Geqam Stepanyan məlumat yayıb. Stepanyan bildirib ki, hazırda terrorçu Norayr Mirzoyan rus sülhməramlılarının qərargahındadır. Qeyd edək ki, erməni terrorçular Norayr Mirzoyanın Azərbaycana təhvil veriləcəyi halda Rusiya səfirliklərində terror aktı həyata keçirəcəklərini açıqlamışdılar./axar.az Dalidag.az

Noyabrın 12-si Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Dalidag.az xəbər verir ki, hazırkı Konstitusiya 26 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib.Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına

Noyabrın 11-də Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Koreya Respublikasının ölkəmizdəki səfirliyi “Qobu Park” yaşayış kompleksində yerləşən “Xarıbülbül” təlim və istehsal mərkəzində sosial dəstək tədbiri keçirib. Tədbirdə çıxış edən Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov bildirib ki, məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin diqqət mərkəzindədir və hazırda onların öz doğma yurdlarına qayıdışına

ADA Universiteti və Xarici İşlər Nazirliyi tərəfindən birgə təşkil olunan “Qabaqcıl Xarici Xidmət ixtisasartırma Proqramı” çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov “İkinci Qarabağ Müharibəsi” adlı sessiyada iştirak edən Azərbaycanlı orta və yüksək rütbəli diplomatlar, həmçinin digər qurumların dövlət qulluqçuları üçün “Uzun müddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə deyib. Prezident İlham
Yazı axını