Mayın 7-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, müşavirəyə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik komandirləri cəlb olunub. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə ölkəsində gedən müharibədə fərqlənən bir sıra hərbçiləri təltif edib. Onların arasında azərbaycanlılar da var. Dalidag.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb. Ukrayna Ali Baş Komandanının sərəncamına əsasən, Raqif Vaqif oğlu Əliyev və Məcid Marlen oğlu Abdulqafarov Ukraynanın “İgidliyə görə” ordeni ilə təltif olunub. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur. Xatırladaq ki, Ukrayna vətəndaşları olan

Azərbaycan Müdafiə Nazirliyi "Əsgərin kitab rəfi" adlı kitab toplama aksiyasına start verib. Dalidag.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib. "Əsgərlərimizin asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliyəyə marağının artırılması məqsədilə “Əsgərin kitab rəfi” aksiyasını elan edirik. Sizi elmi, bədii, publisistik və digər janrlarda kitablarınızı Vətənimizin keşiyində duran əsgərlərimizə hədiyyə etməklə kitab toplama aksiyasına qoşulmağa dəvət edirik. Aksiya çərçivəsində toplanan

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndələyi, eləcə də, Kənd Təsərrüfatı Nazirliyi və Regional İnkişaf İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə tarixdə məcburi köçkünlərin qayıdışı və hazırlıq mərhələsi mövzusunda görüş keçirilib. Dalidag.a z xəbər verir ki, görüşdə dövlətin pilot qayıdış prosesində planlaşdırdığı addımlar, icmaların qayıdış prosesinə cəlb olunması və icmaların potensialının

Bu gün xalqımız ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, ordumuzun güc-qüdrəti ilə nail olunan zəfər sevincini yaşayır. Ötən il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazıldı, düşmən üzərində möhtəşəm qələbə qazanıldı. Vətən müharibəsindən bir ay sonra isə Azadlıq meydanında Zəfər paradı keçirən Azərbaycan bu Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Hazırda isə

Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların məsuliyyət zonasında yerləşən Ağdərə rayonunda Azərbaycana aid yük maşını erməni taksisi ilə toqquşub. Dalidag.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Qəza nəticəsində taksi dərəyə düşüb, “Tumo” mərkəzinin əməkdaşı olduğu bildirilən şəxs isə yaralanıb. Qəza ilə bağlı araşdırmanı rus sülhməramlıları aparır. Qeyd olunub ki, Azərbaycan yük avtomobilini rus sülhməramlıları müşayiət edirmiş. Qeyd edək ki, Qarabağ

Rusiyanın Ukraynaya işğal hücumunda beynəlxalq ictimaiyyət Moskvaya dəstəyə görə Belarusu qınadığı, Çinə, yaxud Hindistan kimi ölkələrə xəbərdarlıqlar etdiyi vaxt işğala əməli və informasiya olaraq dəstək verən ölkəyə diqqət yetirilmir. Ermənistan – Rusiyanın Ukraynanın işğal edilməsi planının ən real ortağı: ermənilərin sərgilədiyi mövqe və rəsmi İrəvanın müharibədə iştirakına dair faktlar çılpaqlığı ilə ortadadır. Və bu dəstək təkcə Ermənistanın ən azı beynəlxalq hüququ əsas gətirərək,

2021-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən 90-cı illərdə münaqişə nəticəsində itkin düşmüş 316 nəfərin ailəsindən insan qalıqlarının gələcək identifikasiyalarına şərait yaratmaq məqsədilə 793 bioloji istinad nümunəsi götürülüb. Dalidag.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin 2021-ci il fəaliyyəti ilə bağlı keçirilən tədbirdə bildirilib. Qeyd olunub ki, BQXK-nın neytral vasitəçi qismində iştirakı ilə 2020-ci ildə döyüşlərin getdiyi ərazilərdə insan

Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian Rusiya XİN rəhbəri Sergey Lavrovun İkinci Dünya müharibəsi ilə bağlı açıqlamalarını pisləyib və onları iyrənc manipulyasiya adlandırıb. Dalidag.az xəbər verir ki, bu barədə Fransa XİN rəhbəri Tvitter səhifəsində məlumat verib. “Cənab Lavrovun və onun nazirliyinin İkinci Dünya müharibəsinin vəhşilikləri ilə bağlı tarixi manipulyasiyası sadəcə olaraq iyrəncdir. Mən bu qəbuledilməz və iyrənc ritorikanı qınayıram. Biz Rusiyanın Ukraynadakı müharibəylə

ABŞ-da Hüseyn Cavidin büstünün açılışı olub. Dalidag.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov öz Tvitter səhifəsində paylaşım edib. "Azərbaycan xalqının görkəmli yazıçı-dramaturqu və qəhrəman oğlu Hüseyn Cavidin 140 illik yubileyi münasibətilə onun büstünü ABŞ-Azərbaycan Ticarət Palatasına hədiyyə etdik və H.Cavidin irsinin həm ölkəmizdə, həm də ABŞ-da öyrənilməsinin vacibliyindən danışdıq", - deyə paylaşımda qeyd edilib.
Yazı axını