Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I və IV ixtisas qrupları üzrə iyunun 5-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb. Dalidag.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, imtahan nəticələri yaxın 2 həftə ərzində elan olunacaq. Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları: //eservices.dim.gov.az/exam/2022/Z3/a1.htm //eservices.dim.gov.az/exam/2022/Z3/r1.htm

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Abdullazadə Səid Məzahir oğlu avtomat silahdan atəş açmaqla özünə qəsd edib. Dalidag.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. Qeyd olunub ki, faktla bağlı hazırda araşdırma aparılır.

Aprelin 25-dən başlayaraq Ermənistanda kütləvi etiraz aksiyaları keçirilir. "Müqavimət hərəkatı" adı altında birləşən müxalif qüvvələr Baş nazir Nikol Paşinyanın və onun rəhbərlik etdiyi hökumətin istefasını tələb edirlər. Hakimiyyət əleyhinə mitinqlər parlamentdə təmsil olunan müxalifət deputatları, Ermənistanın ikinci prezidenti Robert Köçəryan, sabiq prezident Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyası tərəfindən təşkil olunur. Aksiyalar artıq ölkənin bir sıra bölgələri əhatə

Kiyevə əlavə silah tədarükü ilə bağlı bütün hay-küyün yalnız bir məqsədi var, bu ölkədəki silahlı münaqişəni mümkün qədər uzatmaq. Dalidag.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “ABŞ reaktiv yaylım atəş sistemlərinin Ukraynaya verilməsi heç nəyi dəyişmir. Kiyevin əvvəllər də belə uzaqmənzilli raketləri var idi. Ukraynaya uzaqmənzilli raketlər veriləcəyi təqdirdə Rusiya ölçü götürəcək və indiyədək toxunmadığı obyektlərə zərbələr endirəcək”, - Putin bildirib Dalidag.az

Milli azadlıq hərəkatının rəhbərlərindən biri və Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin qızı Çilənay Səmədbəyli atası haqda kitab yazıb. İstanbul Universitetinin Tarix fakültəsinin doktorantı olan Çilənay Səmədbəyli dissertasiya işini "Əbülfəz Elçibəyin həyatı və siyasi mübarizəsi" mövzusunda müdafiə edib. O, yazdığı dissetasiya işini kitab şəklində Türkiyədə çap etdirib. Dalidag.az

İyunun 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri iştirak edib. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri müşavirəyə videobağlantı vasitəsilə qoşulublar. Müdafiə naziri Azərbaycan Respublikasının

Bu gün işğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid olmuş Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovun anım günüdür. Dalidag.az xəbər verir ki, ötən ilin bu günü Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “KamAZ” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi ərazisində ermənilərin yerləşdirdiyi tank əleyhinə minaya düşüb. Nəticədə üç nəfər

X əbər verdiyimiz kimi, Laçın Beynəlxalq Hava Limanında hazırda mobilizasiya işləri aparılır. Dalidag.az xəbər verir ki, Laçın hava limanının tikildiyi ərazi – Qorçu kəndindən ən yeni görüntüləri təqdim edir.

Orduda “təmizləmə” həbslərlə müşahidə olunur. Məlumatlara görə, həbs edilənlərin böyük əksəriyyəti Baş Qərargahın sabiq rəisi Nəcməddin Sadıqovun yaxın ətrafıdır. Son olaraq hərbi dairələrdə “şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyevin həbs edilməsi Nəcməddin Sadıqov ətrafında halqanın daralması kimi izah edilir. Bildirilir ki, Nəcməddin Sadıqov vəzifədə olduğu dövrdə “şlyapa Zahid” təyinatlar, əsgərlərin bölünməsi, zabitlərə rütbə verilməsi məsələləri ilə məşğul olurdu və pul

Mingəçevirdə Kür çayında hərbçilərin olduğu qayıq batıb. Dalidag.az xəbər verir ki, hərəkətə başladığı zaman qayığa gözlənilmədən su dolmağa başlayıb. Nəticədə qayıq batıb. Batan qayıqdan suya atılan 11 sərnişin ətrafdakı insanların köməyi ilə sahilə çıxarılıb. Qayığı əlavə texnikanın köməyi ilə sudan çıxarıb sahilə gətirmək mümkün olub. Hadisə nəticəsində ölən və ya ağır xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır./Unikal Dalidag.az
Yazı axını