Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür. Dalidag.az xatırladır ki, Azərbaycan qəhrəmanlıq tarixində yeni bir səhifə açmış Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən döyüş mövqelərində xidmət edən şəxsi heyətlə görüşüb. Dalidag.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir onların

Rusiyadan Fransaya qaz verilməsi dayandırılıb. Dalidag.az-ın məlumatına görə, bu barədə France Press agentliyi xəbər yayıb. Qazötürücü şirkət olan GRTGaz-dan agentliyə bildirilib ki, artıq bu gündən boru vasitəsilə Fransaya qaz verilişinə son qoyulub.

İrandan Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, iyun ayının 7-də saat 22:15-də Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə

İşçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial və kompensasiya xarakterli ödənişlər (təhsil haqqı, mənzil kirayəsi, iş yerində verilən yeməklərin dəyəri və sair) icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunurmu? Dalidag.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən, muzdla işləyən fiziki şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz,

“Təhsilə xərclənən pullar, gənc kamil mütəxəssis kimi yetişəndən sonra artıqlaması ilə geriyə qaytarılır.” Şahlar Əsgərov Bu gün hörmətli professorumuz, tanınmış ictimai-siyasi xadim, əməkdar elm xadimi, 200-dən çox elmi, 700-dən artıq publisistik məqalənin, 15 kitabın, 5 monoqrafiyanın, nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentlərin müəllifi, 20-dək dissertasiya, 100-dən çox diplom işinə rəhbərlik etmiş , “Şöhrət” ordeni uzun illərin səmimi dostu və həmkarı

Bütün məktəblərdə olduğu kimi Kəlbəcər rayon məktəblərində də “Son zəng” tədbirləri keçirilib. Tədbirlərdə ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər iştirak edib. Milli Məclisin deputatı Aqil Məmmədov Kəlbəcər rayonunun 18 və 56 saylı orta məktəblərinin son zəng tədbirlərinə qatılıb. İlk öncə 56 saylı məktəbin son zəng tədbirində iştirak edən deputat, məzunları təbrik edərək onlara gələcək sınaqlarda uğurlar arzu edib. Aqil Məmmədov Prezident İlham Əliyev və Birinci xanımı Mehriban

Bu gün Azərbaycanda 2021/2022-ci dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq. “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunmalıdır. Tədbirdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər

Bu gün Azərbaycanla Türkiyə arasında artıq yeni, keyfiyyətcə daha müasir münasibətlər, strateji tərafdaşlıq formalaşmışdır. Azərbaycan XX əsrin əsrin sonunda ikinci dəfə müstəqilliyinə qovuşandan sonra müstəqil dövlət kimi ilk olaraq Türkiyə tərəfindən tanınmış və sonra diplomatik münasibətlərin qurulması və həmrəylik nümayişi iki ölkənin əlaqələrini bir millət, iki dövlət amalına çevirmişdir. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsi zamanı bu münasibətlər daha yüksək

Tarixin yaddaşına möhürünü vurmuş şəxsiyyətlərin zəngin, şərəfli vəmənalı ömür yolunu nəzərdən keçirmək bütöv bir millətin, dövlətin salnaməsini yazmaq qədər çətindir. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyətlərdən biri kimi milyonların qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi böyük ehtiramla xatırlanır. Heydər Əliyev
Yazı axını