Reklam
Ermənipərəst ukraynalı deputat taksidə öldü
09-10-2021 14:48
Ukrayna parlamentinin (Ali Rada) 34 yaşlı deputatı Anton Polyakov vəfat edib.Dalidag.az xəbər verir ki, Polyakov oktyabrın 8-də gecə saatlarında Kiyevdə yol hərəkəti qaydalarını pozduğuna görə polis tərəfindən saxlanılan taksidə huşunu itirmiş vəziyyətdə tapılıb.
Məlumata görə, siyasətçi avtomobildə özünü pis hiss edib, bundan sonra qıcolmalar başlayıb. Təcili yardımın olay yerinə gəlməsinə baxmayaraq, deputatın həyatını xilas etmək mümkün olmayıb.
Polyakovun ölümü faktı ilə bağlı cinayət işi açılıb.
İstintaqın ilkin nəticəsinə görə, Polyakovun ölüm səbəbi kəskin koronar çatışmazlıq və iskemik ürək xəstəliyidir. Bu barədə Baş Prokurorluğun məlumatında da bildirilib. Amma Polyakovun boynunda zolaq şəklində sıyrıqların olduğu da üzə çıxıb. Eyni zamanda, mətbuatda yayılan məlumatlara görə, istintaq Polyakovun ölümünün iki versiyasını da nəzərdən keçirir: ya özü bir şeydən zəhərlənib, ya da qəsdən zəhərləndirilib.
Hadisənin şahidi olan taksi sürücüsü Strana.ua saytına Polyakovu yolun yaxınlığında götürdüyünü söyləyib. Sürücüyə görə, Polyakov sərxoş olub.
Anton Polyakov Ukrayna hökuməti tərəfindən qondarma erməni soyqırımını tanıma layihəsinin müəllifi idi./teleqraf.com
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 09-10-2021 14:48
Baxış sayı: 3273Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























