Laçın rayonunun Zabux kəndindəki qanunsuz erməni icmasının rəhbəri Andranik Çavuşyan “Hraparak” qəzetinə müsahibəsində hazırkı vəziyyətdən danışıb. Dalidag.az xəbər verir ki, Andranik Çavuşyan avqustun 25-nə kimi erməni “sakinlər”in boşaldacağı kənddə təxliyyə işlərilə məşğul olduqlarını söyləyib. “Sakinlər”in hələ ki kəndi tərk etmədiklərini deyən icma sədrinin sözlərinə görə, artıq məktəbi boşaltmaq üçün onlara maşın ayırıb. Kənddən köçəcək hər adam üçün 40 min dram təzminat ödəniləcəyi

"Əgər Laçın və Zabux avqustun 25-də Azərbaycana verilsə, o zaman "Arsax" (Qarabağdakı qondarma rejim) mühasirəyə düşəcək". Dalidag.az xəbər verir ki, bunu avqustun 9-da müstəqil Ermənistanın birinci xarici işlər naziri, "İrs" Partiyasının lideri Raffi Ovannisyan Respublika meydanında jurnalistlərlə söhbətində deyib. "Bir neçə gün əvvəl gördük ki, Təhlükəsizlik Şurasının katibi və Xarici İşlər Naziri Laçının təslim olması ilə bağlı heç bir planı qəbul etmədiklərini açıqlayıblar. Bu, rəsmi

İşğal edib illərdir onlara aid olmayan torpaqda məskunlaşan ermənilər indi bu əraziləri məcburi qaydada tərk edirlər. Azərbaycan torpaqlarında illərdir öz heyvanlarını otaran ermənilər qoyun sürülərini də toplayıb ərazini tərk etməyə tələsirlər. Özü də məcburi çıxarma prosesi Rusiya sülhməramlı kontingentinin nəzarəti altında keçirilir. Üçtərəfli bəyanata əsasən Laçın şəhəri ilə yanaşı koridorun üzərində yerləşərək ermənilər üçün böyük önəm daşıyan Zabux kəndi də Azərbaycana təhvil verilir.

Azərbaycan Qarabağdakı separatçı-terrorçu rejimin “həyat yolunu” bağlayır. Dalidag.az xəbər verir ki, bu barədə Rusiyanın “Vedomosti” nəşrində yayımlanan məqalədə deyilir. Nəşr yazır ki, bu yol separatçı rejimin əsas təchizat arteriyasıdır: “Azərbaycan yolun marşrutunu dəyişdirmək və bu əraziləri nəzaratə götürməklə Xankəndidəki qondarma rejimi blokada vəziyyətinə salacaq. Çünki bu yoldan təkcə hərəkət üçün istifadə edilmir, həm də elektrik və qaz xətti də keçir”. Məqalədə bildirilir ki,

Ötən sutka ərzində erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini ümumilikdə 10 dəfə atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bunlardan 6-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Qarakilsə və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. Digər 4 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi

“Murovdağ silsiləsinə aid yüksəkliklərdən biri olan Buzdux (Buzluq) dağı Kəlbəcər, keçmiş Ağdərə və Goranboy rayonlarını birləşdirir. Mənbəyini Buzdux dağının ətəyindən - Murovdağ silsiləsinin Şimal yamacından götürən Buzluq çayı da məhz həmin dağın adı ilə eyniləşdirilib. Buzluq çayı Goranboy rayonunun Buzluq kəndinin ortasından keçməklə Kürəkçaya qovuşur”. Dalidag.az xəbər verir ki, bunu araşdırmaçı-jurnalist Elxan Salahov sosial şəbəkə hesabında paylaşıb. Bildirək ki, Buzdux dağı və

Avqustun 3-də qanunsuz erməni silahlı birləşmələri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Laçın rayonu istiqamətində atəşkəsi pozdu. Erməni təxribatı nəticəsində əsgərimiz Kazımov Anar Rüstəm oğlu şəhid oldu. Ardınca isə Azərbaycan Ordusu “Qisas” adlı hərbi əməliyyata başlayaraq, düşməni darmadağın etdi. Bununla da şəhidimizin qanı yerdə qalmadı və intiqamı alındı. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız

Avqustun 3-də Ordumuzun "Qisas" əməliyyatı ilə nəzarətinə götürdüyü Qırxqız, Sarıbaba və digər yüksəkliklərə ötən gün Kəlbəcərin şərqindəki Buzdux yüksəkliyi də əlavə olunub. Buzdux yüksəkliyinin (2374 metr) Ordumuzun nəzarətinə keçməsi ilə olduqca böyük hərbi-strateji mövqe əldə edilib. Beləliklə, Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının nəzarəti altında olan hissəsində silahlı-terrorçu ermənilərin bütün fəaliyyətini həm nəzarətdə saxlamaq, həm də istənilən an onları

Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə
Yazı axını