Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılacaq. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti öz mənbəsinə istinadən məlumat yayıb.Nəşr Muradovun yerinə Cənub Hərbi Dairə Komandanının müavini, general-leytenant Aleksey Avdeyevin təyin ediləcəyini yazır. Qəzetin yazdığına görə, A. Avdeyev bu gün Xankəndinə gələcək və iki həftə ərzində təhvil-təslim işləri yekunlaşacaq. Qeyd edək ki, daha əvvəl

Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirir. İclasın gündəliyi açıqlanmasa da, Sünikdə (Zəngəzur) baş verənlərin, Azərbaycan Ordusunun dövlət sərhədini bərpa etmək məqsədilə Gorus istiqamətində 3 kilometrə qədər irəliləməsi məsələsinin müzakirə edildiyi şübhəsizdir. Dalidag.az xəbər verir ki, Ermənistan mediası yerli mənbələrə istinadən Azərbaycan Ordusunun irəli çəkdiyi mövqelərdən geri çəkilmədiyini yazır. Danışıqlar nəticə verməyib, sabah yenidən cəhd edəcəklər. Ermənistan xarici

İşğaldan azad olunmuş Şuşa şəhərində 29 ildən sonra ilk dəfə qılınan Ramazan bayramı namazı başa çatıb. Bayram namazı Yuxarı Gövhərağa məscidində QMİ sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin imamətliyi ilə qılınıb. Bayram namazından sonra Hacı Şahin Həsənli xütbə söyləyib və dualar oxunub.

Ermənistan-Azərbaycan sərhəddində yerləşən Qaragöl adlanan ərazi tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib. Dalidag.az -ın məlumatına görə, bu barədə Sünik (Zəngəzur) vilayətinin keçmiş valisi Vahe Hakobyan mətbuata açıqlamasında deyib. O, azərbaycanlıların Qaragölü tamamilə ələ keçirdiyini bildirib. Qeyd edək ki, Qaragöl Sünik vilayətinin Sisyan rayonuna daxil olan Qızılcıq bələdiyyəsinin ərazisinə daxildir. Ermənilər həmin ərazinin adını dəyişərək İşxanasar qoyub. “Gecə

Laçın dəhlizində patrul xidməti Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi polis bölməsi tərəfindən aparılır. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Qeyd olunur ki, Rusiya sülhməramlıları atəşkəsə əməl olunmasına nəzarət və nəqliyyatın təhlükəsizliyinin təmin edilməsi, Laçın dəhlizi boyunca ərzaq məhsulları və müxtəlif malların daşınması vəzifələrini davam etdirirlər. Məlumatda bildirilib ki, ötən ilin 12 noyabrdan

Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində Ramazan bayramı namazı qılınacaq. Dalidag.az xəbər verir ki, bununla bağlı Bakı Media Mərkəzi məlumat yayıb. Bayram namazı mayın 13-ü, saat 09:00-da qılınacaq. 29 ildən sonra ilk dəfə Şuşada təşkil edilən namazı birbaşa canlı yayımla izləmək mümkün olacaq. Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mayın 12-si və 13-ü "Xarıbülbül” musiqi festivalı keçirilir. Dalidag.az

Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 9 nəfər müəyyən olunub. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, mayın 11-də Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayonun Çəmənli kəndi ərazisindən işğaldan azad edilmiş ərazilərə keçmək istəyən 9 nəfər saxlanılıb. Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib və onların barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib. Dalidag.az

44 günlük Vətən Müharibəsinin qəhrəman əsgəri Rəşad Qəhrəmanov müharibə dövrü xatirələrindən danışıb. Müharibədə Rəşadın komandiri elə onun atası Çingiz Qəhrəmanov olub. "Mən çox xoşbəxt adamam ki, Vətən uğrunda gedən müharibədə atam ilə çiyin-çiyinə döyüşmüşəm" - deyə, Rəşad bildirib. Daha ətraflı Baku TV-nin süjetində: Dalidag.az

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi polis bölməsi Laçın dəhlizində gündəlik patrul xidməti həyata keçirir. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Laçın dəhlizi Xankəndi şəhəri ilə Ermənistanı birləşdirən yoldur. Rusiya sülhməramlı kontingenti razılaşmalara uyğun olaraq, burada nəzarəti həyata keçirir. Nəzarət təkcə yolda yox, 5 kilometr enlikdə də aparılır”, - hərbi polis bölməsinin zabiti, polkovnik-leytenant İvan Kuzmin bildirib. Rusiya sülhməramlı kontingentinin

İşğal dövründə Şuşa şəhərindəki tarixi Mamay bulağının ermənilər tərəfindən özününküləşdirilməsinə cəhd edilmişdi. Dalidag.az xəbər verir ki, bulağın üzərində olan ərəb əlifbalı kitabə işğal dövründə dəyişdirilərək erməni dilində olan xaç və simvollarla əvəz edilmişdi. Bununla yanaşı əvvəllər mövcud olmayan yeni simvol və yazılar da əlavə olunmuşdu. Hazırda ermənilər tərəfindən əlavə olunan bütün simvol və yazılar sökülərək, bulaq öz əvvəlki görkəmində bərpa edilir. Qeyd edək ki, Mamay bulağı
Yazı axını
 
 
 
 
 
 
29 / 04 / 2024