“Azərişıq” ASC 44-günlük vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş rayonların azad edilmə tarixini qeyri-əhali qrupuna daxil olan abunəçi kodlarında əbədiləşdirib. D alidag.az-ıın məlumatına görə, bu zaman abunəçi kodunun ilk seriyasından dərhal sonra həmin rayonun yaxud şəhərin azad edilmə tarixi (gün,ay və il) qeyd edilib. Hazırda bir neçə aydır istifadə edilən Şuşanın qeyri-əhali qrupu abunəçi kodları 58/081120 rəqəmləri ilə başlayır. “Azərişığ”ın Tədris və İnnovasiyalar Mərkəzinin

Son günlər mediada düşmən tərəfin Xocavənddə yeni səngərlər hazırlaması, postlar qurması ilə bağlı məlumatlar yayılır. Hətta sosial şəbəkədə bununla bağlı peyk görüntüləri də yayılıb. Rusiya sülhmərmalılarının sülhə nəzarət etməli olduğu ərazidə düşmən tərəf səngər düzəldir. "Əgər bu məlumatlar doğrudursa, ya prosesə Rusiya dəstək olur, ya da proses Rusiyanın nəzarətindən çıxıb. Hər bir halda bu, Rusiyanın və onun sülhməramlılarının etibarına, fəaliyyətinə, nüfuzuna böyük zərbədir”. Dalidag.az

Erməni terrorçu silahlı birləşmənin 13 üzvünün cinayət işi icraata verilib. Dalidag.az-ın xəbərinə görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr

Erməni polkovnik Koryun Qumaşyanın Laçın və Kəlbəcər istiqamətində törədilmiş təxribatla bağlı etirafı barədə "Haber Global” videomaterial hazırlayıb. Qeyd edilir ki, ermənilər 17 yük maşını minanı Azərbaycan ərazisində basdırdıqlarını etiraf ediblər. Üstəlik, düşmən minalanmış ərazilərin xəritələrini vermək üçün Azərbaycana şərt qoyur. Dalidag.az

Erməni işğalçıları tərəfindən qoyulmuş minanın partlaması nəticəsində Kəlbəcərdə azərbaycanlı jurnalistlərin şəhid olmasından sonra, sosial şəbəkələrin erməni seqmentində erməni komandirlərindən birinin sensasiyalı açıqlaması yayılıb. Dalidag.az xəbər verir ki, Tvitterdə yerləşdirilən videoda cəsarətlə və vicdan əzabı çəkmədən hərbi cinayətlər törətdiyini etiraf edən bir “qəhrəmanı” və terrorçunu görə bilərsiniz. Polkovnik Koryun Qumaşyan qürurla deyir: "Mən kontingentimlə birgə Laçın və

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətinin müəyyən edilməklə, doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilir. Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı

Azərbaycanda terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin üzvləri- Serobyan Geğam Samveloviç, Avakyan Qraç Arzumanoviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asertyan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Komiyeviç, Sedrakyan Romik Misakini, Minosyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç, Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmənin

“Gallup”un Ermənistanda keçirdiyi sorğuda Qarabağın statusu məsələsinin ermənilər üçün artıq prioritet olmadığı məlum olub. Dalidag.az xəbər verir ki, sorğuda “Ermənistanın üzləşdiyi ən kəskin problem nədir” sualına respondentlərin cəmi 0,7 faizi “Dağlıq Qarabağın statusu” olduğunu deyib. Ermənilər daha çox sərhəd məsələsini ən ciddi problem hesab edirlər. Bu, “Qarabağ müstəqil olmayacaq” həqiqətinin erməni cəmiyyəti tərəfindən qəbul edildiyi deməkdir. Ermənistan mediası sorğuya istinadən yazır

Qarabağda müharibə bitməyib, sadəcə atəşkəs imzalanıb. Dalidag.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Armen Sərkisyan Qazaxıstandakı erməni icmasının üzvləri ilə görüşündə deyib. “Müharibə bitməyib, sülh razlaşması yoxdur. Məlum deyil “arsax”ın statusu necə olacaq, danışıqlar nə vaxt başlayacaq və necə gedəcək, Azərbaycan-Ermənistan sərhədində hadisələr necə inkişaf edəcək”, - Sərkisyan bildirib./axar.az Dalidag.az

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistanın Gorus rayonuna səfər edib. Dalidag.az xəbər verir ki, rus səfir eyni zamanda Rusiya sülhməramlılarının Sisiandakı xüsusi aviasiya qrupunu, həmçinin 102-ci hərbi bazanın Gorusda yerləşdirilən qrupunu ziyarət edib. Gorusda bölgənin meri ilə görüşən səfir Zəngəzur sərhədi ilə bağlı vəziyyətlə maraqlanıb. Kopırkin Rusiyanın müttəfiqlik öhdəliklərini yerinə yetirdiyini qeyd edib və merə rus hərbçilərinin Gorusda yerləşməsi üçün ortaya çıxan
Yazı axını