Putin Paşinyanla telefonda Qarabağı və sərhəddə baş verənləri müzakirə edib. Əsas sual: Putini gecəyarısı Paşinyanla təmas qurmağa vadar edən nədir? Rusiya prezidentinin Gorus-Qafan yolunun açılmasından sonra erməni baş nazirə zəng etməsi mümkün versiyanı önə çıxarır: rusların vasitəçiliyi ilə iki gün davam edən danışıqlarda Bakının irəli sürdüyü tələblər bilinəndən böyükdür; Danışıqların iki nəticəsinin olduğu haqda məlumatlar var: Azərbaycan yolda keçid məntəqəsi qurur; Ermənistan yolun 21

"Azərbaycan nə istəsə edə bilər. Amma bütün istəklərin bədəli var”. Dalidag.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə "Azərbaycan Ermənistandan gələn Laçın yolunu 10 noyabr bəyanatının 4-cü bəndinin (qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması) yerinə yetirilməməsi ilə əsaslandırıb bağlaya bilərmi" sualını cavablandırarkən deyib. Politoloq qeyd edib ki, 10 noyabr bəyanatında Azərbaycan və Ermənistandan başqa üçüncü dövlətin də imzası var:

Zəngəzur bölgəsindən keçən Gorus- Qafan yolunun açılması ilə bağlı üçtərəfli danışıqlar davam edir. Dalidag.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb. Məlumata əsasən, danışıqlar Azərbaycan tərəfi ilə MTX-nin hərbçiləri və Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhəd bölmələrinin iştirakı ilə keçirilir. Bildirilir ki, Azərbaycanın Dövlət Sərhəd Xidməti qarşı tərəfə azərbaycanlı sərhədçilərdən birinə edilən hücumla bağlı məlumat

Sabah Şuşada Vaqif Poeziya günləri keçiriləcək Dalidag.az-a daxil olan məlumata görə, Azərbaycan Yazıçılar Birliyinin üzvləri bu tədbirdə iştirak edəcəklər. Xaricdən şair və yazıçıların da tədbirə dəvət edildiyi bildirilir. Vaqif Poeziya günlərinə Vətən müharibəsində iştirak etmiş qazi şairlər də qatılacaqlar.

Ötən gün, avqustun 25-də Azərbaycan hərbçiləri Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun bir hissəsini bağlayıb. Ermənistan mətbuatı yazır ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb. "Avqustun 25-də saat 23:00 radələrində Azərbaycan tərəfi Qafan-Gorus dövlətlərarası yolun Dərbənd-Şurnux hissəsini bağlayıb. Yolun açılması, insanların və nəqliyyat vasitələrinin normal hərəkətinin bərpası üçün işlər davam etdirilir”, - deyə Ermənistan Milli

Azərbaycan Qarabağda nəzarəti tam ələ keçirmək istəyirsə, öncə Laçın dəhlizinə nəzarət etməlidir. Bu bizim üçün bir seçim yox, zərurətdir. Çünki ermənilər sözün əsl mənasında Laçın dəhlizini karvansaraya döndəriblər. Dəhlizdən silah-sursat, texnika, müxtəlif növ mallar Qarabağa daxil olur. Rəsmi Bakı bunun qarşısını tez bir zamanda almalıdır. Dalidag.az xəbərr verir ki, bu sözləri axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Laçın dəhlizinin

“Ermənistan rəhbərliyi anlayır ki, Zəngəzur dəhlizi olmadan Ermənistanın Türkiyə, Azərbaycan, Qərb və Çinlə heç bir iqtisadi əlaqə olmayacaq”. Dalidag .az xəbər verir ki, bunu türkiyəli politoloq Engin Özer bildirib. “Düşünürəm ki, Nikol Paşinyana ultranasionalistləri nəzarətə götürmək üçün bir az daha vaxt lazımdır. Sonra Zəngəzur dəhlizinin açılması ilə bağlı elan olacaq”. O bildirib ki, digər məsələ Rusiya faktorudur: “Rusiya bu nəqliyyat dəhlizinin açılmasında nə dərəcədə maraqlıdır və

Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibə verdiyi itkilərin sayını açıqlayıb. Dalidag.az xəbər verir ki, hökumət başçısı parlamentdəki çıxışında II Qarabağ müharibəsində 3773 erməni hərbçisinin öldüyünü söyləyib. O bununla yanaşı, 243 hərbçinin itkin düşdüyünü və onların qalıqlarının axtarıldığını əlavə edib.

Qarabağ müharibəsi və münaqişəsi başa çatdı. İndi bölgədə sülhün möhkəmlənməsi, əlaqələrin qurulması, kommunikasiyaların açılması üçün yeni reallıqlar yaranıb. Bu istiqamətdə işlər ləng də olsa davam edir və əsas vasitəçi rolunda Rusiya çıxış edir. Və qəribədir ki, Rusiya Ermənistanı silahlandırmaq yolunda aktiv addımlarla həm də özünün vasitəçilik etdiyi sülh prosesinə təhlükələr yaradır. Ziddiyyətlidir. Prezident İlham Əliyev CNN Türk kanalına müsahibəsində Azərbaycanın Rusiyadan

Bu gün Azərbaycanın bütün suallara konkret cavabı var. Məsələn belə bir sual: Niyə Xankəndinə girmədik? Cavab: ona görə ki, biz o ərazilərdəki erməniləri əhalimizin tərkib hissəsi hesab edirik. Onları Azərbaycan qanunları ilə yaşamağa öyrədəcəyik, maarifləndirəcəyik, edəcəyik. Hədəf budur. Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər cəmiyyətimizə mütləq inteqrə edilməlidir. Ölkənin başqa hissələrində yaşayan ermənilər kimi. Başqa bir sual: kapitulyasiya olubsa, onda indi atanlar kimdir? Biz
Yazı axını