Reklam
Mikaelyan: Bir azərbaycanlı batalyonumuzu didərgin saldı
14-10-2021 14:11

Yadımdadır, 44 günlük müharibə dövründə Ermənistandan cəbhəyə 120 dırnaqarası könüllü göndərmişdilər. Niyə dırnaqarası? Ona görə ki, 120 nəfərdən cəbhəyə yalnız 20 nəfər gedib çıxmışdı. Qalan 100 “igid oğul” qaçmışdı.
Dalidag.az xəbər verir ki, bu fikirləri itkin düşmüş erməni əsgəri Artak Mikaelyanın atası Civan Mikaelyan erməni televiziyasının efirində söyləyib.
“Müharibə dövründə erməni milləti başa düşdü ki, 30 il ərzində onlara “erməni ordusunun qüdrəti” və “güclü erməni əsgərləri” barədə nağıllar danışılıb. Əslində, heç kim bu torpaqlara görə ölmək istəmirdi. Hiss olunur ki, elə bil, hər kəs əvvəlcədən bu faktı bilirdi – Qarabağ gec-tez qaytarılmalı olacaq.
Müharibənin 20-ci günündə Ermənistandan yüzlərlə polis cəbhə xəttinə göndərildi. Bizdə dəqiq faktlar var ki, onların hamısı Qarabağ dağlarında gizlənərək müharibənin bitməsini gözləyirdi. Onlar bir dəfə də olsun düşmənin mövqelərinə atəş açmayıblar.
Müharibə dövründə erməni tərəfinin normal komandirləri yox idi. Təsəvvür edin, bir erməni batalyonu yalnız bir Azərbaycan əsgərinin onlara tərəf gəldiyini görür və didərgin, panik halda mövqeylərini buraxıb qaçmağa başlayır... Bunların hamısını bizə 44-günlük müharibədə gördük”, - deyə o bildirib./axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 14-10-2021 14:11
Baxış sayı: 4244Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























