Reklam

“Masa üstündə Qarabağa aid bircə sənəd də yoxdur” - Paşinyan
23-04-2022 09:32

Bunu aprelin 22-də keçirilən hökumət iclasında baş nazir Nikol Paşinyan deyib. Qarabağın “təhvil verilməsinə” dair ittihamları dəf edən baş nazirin sözlərinə görə “Artsax (Qarabağ-red) əşya deyil ki” təhvil verilsin və ya verilməsin:
“Artsax (Qarabağ-red) ilk növbədə orda yaşayan insanlardır. Əgər biz Artsaxı (Qarabağ-red) təhvil vermiş olsaydıq, 44 günlük müharibədən sonra artsaxlıların (qarabağlıların-red) evlərinə qayıtmaları üçün milyardlarla dram xərcləməzdik. Mən bu barədə az-şox imzalanmaya yaxın hər hansı sənədin mövcudluğunu istisna, sadəcə olaraq istisna edirəm”.
Paşinyanın sözlərinə görə, hər hansı bir sənəd Qarabağ cəmiyyətinin bütün təbəqələri də daxil geniş ictimai müzakirə olunmalıdır. Baş nazir əlavə edib ki, ictimaiyyət hazırda Ermənistan və Azərbaycan arasında bütün danışıqlara aid sənədlərlə, Azərbaycanın 5 maddədən ibarət təklifi və Ermənistanın buna cavabı ilə tanışdır.
Paşinyan bunu da deyib ki, Ermənistan onun ərazisindən keçməklə Şərqi və Qərbi birləşdirəcək dəmir və avtomobil yollarının ən tez bir zamanda çəkilməsini istəyir.
Moskvada Rusiya prezidenti ilə imzaladığı bəyanatı yüksək qiymətləndirdiyini bildirən Paşinyan deyib ki, bu sənəddə regional kommunikasiyaların açılmasına dair mühüm razılaşmalar var.
Paşinyan çıxışı zamanı Moskvada imzaladığı bəyanata əsaslanaraq ATƏT-in Minsk qrupunun buraxılmasına dair iddiaları əsassız adlandırıb: “Danışıqların daha bir nəticəsi Dağlıq Qarabağ probleminin bütün siyasi nəticələri ilə həlli kontekstində ATƏT-in Minsk qrupu həmsdərliyi mandatının mühümlüyünün vurğulanmasıdır”.
Baş nazir deyib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətdə olmasına Rusiya, Fransa və ABŞ həmsədrlərinin Ermənistana bu yaxınlardakı səfərləri sübutdur. Bu da qeyd olunur ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərən İqor Xovayevi həm də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə Rusiya XİN-in xüsusi nümayəndəsi təyin edib.
Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, ATƏT-in Minsk qrupu artıq mövcud deyil, çünki ABŞ və Fransa bu çərçivədə Moskva ilə əməkdaşlıq etmək istəmirlər./yenisabah.az
Dalidag.az



Yazı axını
03 / 09 / 2025
02 / 09 / 2025
01 / 09 / 2025
31 / 08 / 2025
30 / 08 / 2025
29 / 08 / 2025
29 / 08 / 2025
28 / 08 / 2025
28 / 08 / 2025
25 / 08 / 2025
25 / 08 / 2025
22 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
20 / 08 / 2025
19 / 08 / 2025
19 / 08 / 2025
Ən çox oxunanlar
02-09-2025 10:24
