Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşası davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7 metr, torpaq yatağının eni 12 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edəcək.
Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır. Layihəyə uyğun olaraq torpaq yatağının tikintisi, suni qurğuların inşası işləri görülür. “İnşaat Norma və Standartları”na uyğun olaraq yararsız qrunt, həmçinin torpaq yatağının genişləndirilməsi üçün bitki qatının qazılaraq çıxarılması işləri görülür, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və yeni torpaq yatağının inşası həyata keçirilir.
Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və müxtəlif süni qurğuların tikintisi də icra olunur. Bu çərçivədə yolun 22-ci km-də inşa edilən və uzunluğu 139.5 metr olan 4 aşırımlı körpüdə hazırda tikinti işləri son mərhələdə olmaqla icra olunur.
Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla AAYDA-nın rəhbərliyinin nəzarəti altında həyata keçirilir.
Tikinti işlərinin cari il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Reklam
Laçın yolundan yeni ŞƏKİLLƏR
21-04-2022 14:24

Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 21-04-2022 14:24
Baxış sayı: 3354Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17







































