Azərbaycan Ordusu geri çəkiləcəkmi?
27-03-2022 10:16
Əvvəlcə ABŞ və Fransa, ardınca Rusiya Azərbaycan Ordusunun “əvvəlki mövqelərinə” geri qayıtmağı ilə bağlı çağırış etdi: Vaşinqton və Parisin çağırışlarının praktikada təsiri olmadığı bəllidir, lakin sülhməramlıları bölgədə yerləşən Moskvanın çağırışı narahatlığa əsas yaradır, çünki bundan öncə məhz rusların müdaxiləsi ilə bir çox addımların qarşısı alınıb.Yenə eyni hal yaşana bilərmi?
Azərbaycan Müdafiə Nazirliyinin açıqlamalarında bu suala cavab tapmaq mümkündür:
Birincisi, Azərbaycan Ordusu öz suveren ərazimizdə hərəkət edib və dislokasiya edildiyi mövqelərdən geri çəkilməyəcək;
İkincisi, bölgədə gərginliyin səbəbi 10 noyabr razılaşmasının 4-cü bəndinin icra edilməməsi – erməni silahlı dəstələrin Azərbaycan ərazisindən çıxarılmamasıdır: bu, həyata keçirilmədiyi müddətdə belə hallar davam edə bilər.
Mümkündür ki, Rusiya tərəfinin “israrlı” açıqlamaları yenə davam edəcək, lakin bunun praktikada dəyişikliyə səbəb olacağı ehtimalı azdır. Azərbaycanın bu dəfə geri çəkilməsi Qarabağda gələcək planlarda risklər yarada bilər, Bakıda bunu anlayırlar. Bakıda onu da anlayırlar ki, mövcud vəziyyətdə bölgədə yeni gərginlik Moskvaya da sərfəli deyil, əksinə, üçtərəfli razılaşmalarda irəliləyiş olmalıdır, xüsusilə sərhəd və kommunikasiya məsələsinin önünü bağlayan 4-cü maddənin icra edilməsi istiqamətində. Və bunun üçün şərtlər yetişdirilməlidir.
Asif Nərimanlı
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 27-03-2022 10:16
Baxış sayı: 3234Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















