Reklam
Qarabağdakı sülhməramlılar geri çəkilir? – “Daha onlara ehtiyac olmayacaq…”
04-03-2022 16:09
Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın diqqətinin Qarabağdan yayınacağı və Cənubi Qafqazdakı proseslərə birbaşa müdaxilə etməyəcəyi ilə bağlı söyləntilər mövcuddur.
Bununla, həm də Qarabağdakı sülhməramlıların geri çağırılması məsələsi aktuallaşır.
Maraqlıdır, Rusiya-Ukrayna müharibəsi sülhməramlıların geri çağırılmasını tezləşdirə bilərmi?
Dalidag.az xəbər verir ki, məsələ ətrafında sfera.az-a danışan siyasi məsələlər üzrə ekspert Elman Vəliyev Rusiya-NATO müharibəsinin başlaması ilə sülhməramlıların geri çəkiləcəyini deyib:
"Qafqaz cəbhəsi Rusiya üçün çox önəmlidir. Rusiya illərdir Qafqaz ərazilərində mübarizə aparır və əsas səbəbi də enerji qaynaqları və isti sulara enməkdir. Əgər Rusiya Qərb, yoxsa Qafqaz seçimi qarşısında qalarsa, düşünürəm ki, Qafqazı seçər. Lakin Rusiyanın əvvəlki illərə nisbətən hazırda başı çox qarışıqdr. Belə ki, Putin bu proseslərə çox vaxt ayıra bilmir. Rusiyanın kifayət qədər ordusu var. Sülhməramlıların geri çəkilməsi o vaxtı ola bilər ki, Rusiya NATO ilə qanlı müharibəyə girsin və əsgər çatışmazlığı yaşasın. Vladimir Putin Çeçenistanda etirazçıları sakitləşdirdikdən sonra orada özünə bağlı bir hakimiyyət qurdu. Yəni lazım gəlsə, bu qüvvələrdən də tənzimləyici kimi istifadə edə bilər. Rusiyanın NATO ilə qanlı müharibəyə girmə kimi bir risk ehtimalı azdır”.
Ekspert sülh sazişindən sonra sülhməramlılara ehtiyac qalmayacağını bildirib:
"Sülhməramlılar anlaşmaya əsasən, Qarabağda müddətləri başa çatana kimi qalacaq. Əsas məsələ ondan sonrasıdır. Vaxtı bitən sülhməramlılar gedəcək, ya yox? Hesab edirəm ki, o vaxta kimi konflikt tərəfləri arasında sülh sazişi əldə edilsə, sülhməramlılara ehtiyac qalmaz. Azərbaycan tərəfi də bu istiqamətdə müsbət addımlar atmaqdadır. Ermənistan Baş naziri Nikol Paşinyan da Azərbaycanla sülh bağlamağın tərəfdarı olduğunu bildirib.
Kateqoriya: Qarabağ
Tarix: 04-03-2022 16:09
Baxış sayı: 3209
Yazı axını
10 / 01 / 2025
09 / 01 / 2025
09 / 01 / 2025
08 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
06 / 01 / 2025
05 / 01 / 2025
03 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
01 / 01 / 2025
01 / 01 / 2025
31 / 12 / 2024
31 / 12 / 2024
31 / 12 / 2024
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
Ən çox oxunanlar