Reklam
Laçın dəhlizinin yeni marşrutu hardan keçəcək?
06-02-2022 11:34
Laçın dəhlizinin yeni marşrutunun inşası davam edir: yeni marşrutun istifadəyə verilməsndən sonra hazırki dəhlizin keçdiyi Laçın şəhəri Azərbaycanın nəzarətinə keçəcək.10 noyabr razılaşmasında yeni yolun üç il ərzində inşa edilməsi nəzərdə tutulur, lakin Prezident İlham Əliyev bunu iki il ərzində həyata keçirmək haqda düşündüklərini açıqlamışdı.
Şuşanın ermənilər yaşayan Böyük Qaladərəsi kəndinin qondarma “rəhbəri” David Davtyan “Azadlıq radiosu”nun erməni xidmətinə yeni yolun marşrut xəttini açıqlayıb.
Xankəndidən Ermənistana gedən yol: Kərkicahan istiqamətindən Turşsu meşələrini keçməklə Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinin ərazisinə daxil olur, oradan Gorusun Kornidzor kəndinə keçir; Həkəri çayı üzərindən salınan körpü də yeni marşruta daxildir;
Kiçik Qaladərəsi və Böyük Qaladərəsində yaşayan ermənilər Laçın şəhərinin Azərbaycanın nəzarətə keçməsindən narahatdırlar. Kəndlərin qondarma “rəhbərləri” deyir ki, bu, əkin və otlaq sahələrini böyük ölçüdə itirmələri ilə nəticələnəcək.
Məlumatlara görə, Laçın dəhlizinin yeni marşrutu mövcud yolla müqayisədə daha əlverişsizdir.
Asif Nərimanlı
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 06-02-2022 11:34
Baxış sayı: 3378Yazı axını
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























