Dövlətyarlıda salınacaq “Ağıllı kənd”də neçə ailənin yerləşəcəyi məlum oldu
26-01-2022 10:50

Milli Məclisin deputatı Vüqar Bayramlı Füzuli rayonunun Dövlətyarlı kəndində yeni salınacaq "Ağıllı kənd”də neçə ailənin məskunlaşacağını və hansı üstünlüklərə malik olacağını açıqlayıb.
Dalidag.az xəbər verir ki, deputat bildirdiyinə görə, Dövlətyarlı kəndində üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub:
"Kənddə məktəb və uşaq bağçası tikiləcək, kəndin mərkəzində meydan salınacaq, bazar inşa ediləcək”. Kənd sakinlərinin məşğulluğu necə təmin olunacaq?
Vüqar Bayramov hesab edir ki, kəndin yerləşmə coğrafiyası və təbii üstünlükləri nəzərə alınmaqla bir neçə sektor üzrə müəssisələrin yaradılması nəzərdə tutulub:
"Belə ki, kartofçuluq dəyər zənciri üzrə müəssisələrin yaradılması planlaşdırılır. Bu müəssisələrdə 40 daimi, 300-dək mövsümi iş yeri yaradılacaq. Eyni zamanda Köndələnçay su anbarı əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına balıqçılıq təsərrüfatının qurulması da nəzərdə tutulub. İstehsal olunacaq balıq məhsullarının ixrac ediləcəyi gözlənilir. Kənddə quşçuluq təsərrüfatı da yaradılacaq, ilkin mərhələdə 85 daimi iş yeri olacaq. Kəndin iqlimi və relyef üstünlükləri nəzərə alınaraq turizm infrastrukturunun formalaşdırılması və otel infrastrukturunun yaradılması nəzərdə tutulub. Bütün bunlar ilə yanaşı, kəndin ətrafında "Ağıllı kənd” təsərrüfatı sahəsi olacaq. Beləliklə, sakinlərinin kənd təsərrüfatı ilə məşğul olması üçün də imkan yaradılacaq”.
Enerji təminatı hansı mənbələr hesabına ödəniləcək?
Deputat enerji təminatının isə yaşıl və alternativ mənbələr hesabına ödəniləcəyini deyib: "Kənddə xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə günəş paneli tarlası salınacaq. İnvestisiya layihəsinin gücü 50 meqavat olacaq. Burada 20 daimi iş yeri yaradılacaq.Kəndin salınmasına nə zaman başlanılacaq?Artıq hazırlıq işləri aparılır. Kəndin layihəsi təsdiq olunub. Qısa zamanda inşaat işləri intensivləşəcək”.qaynarinfo
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 26-01-2022 10:50
Baxış sayı: 3273Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















