Rusiya sülhməramlıları Azərbaycan tərəfi ilə razılaşdırılmaqla, Qarabağda nəzarət etdikləri ərazidən 17 yaşlı erməniini Ermənistana təxliyyə ediblər.Dalidag.az bildirir ki, Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin hərbi təyyarəçiləri və pilotları Mi-8AMTŞ helikopteri ilə əməliyyatı reallaşdırıblar. 17 yaşlı erməni Xankəndindəki uşaq xəstəxanasının reanimasiya bölməsində idi.
17 yaşlı erməni müxtəlif ağırlıqlı çoxsaylı travmalar almışdı. Onun valideynləri pasiyenti İrəvana aviasiya ilə aparmaq üçün rusiyalı sülhməramlılara müraciət etmişdilər.milli.az