Reklam
Qubadlıda yeni qərargah binası istifadəyə verildi - Şəkillər
19-01-2022 11:39
Yanvarın 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qubadlı” əlahiddə sərhəd diviziyasının yeni qərargah binası istifadəyə verilib.
Dalidag.az bildirir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar təşkil olunan mərasimdə yeni qərargah binasının açılışa hazır olması barədə DSX rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədov Xidmətin rəisinə məruzə edib. General-polkovnik Elçin Quliyev əlamətdar tədbir münasibətilə şəxsi heyəti təbrik edib.
Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq azad edilən ərazilərimizdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasını, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib, ötən il ərzində Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd-döyüş məntəqəsinin xidməti-döyüş fəaliyyətinə başlamasını bildiriblər.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ötən il ərzində işğaldan azad edilən ərazilərdə DSX-nin 4 yeni hərbi hissəsinə gəlişinin sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın və dövləti qayğının növbəti ifadəsi olduğu, sərhədçiləri xidməti uğurlara ruhlandırdığı xüsusi vurğulanıb.
Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək qəhrəmanlıq salnamələri yazmış sərhədçilərin bu gün də düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimzin toxunulmazlığının təmin edilməsi vəzifəsini şərəflə yerinə yetirdikləri qeyd olunmuşdur.
Açılış mərasiminin rəmzi lenti kəsildikdən sonra qərargah binasında yaradılmış şəraitə baxış keçirilmişdir. Burada şəxsi heyətin yüksək səviyyədə xidmət aparmaları üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, konfrans zalı, növbətçi otaq mövcuddur. Bina daimi su və elektrik enerjisi, istilik sistemi ilə təchiz olunmuşdur. Ərazidə abadlıq işləri aparılmış, asfalt örtüyü salınmış, ağaclar əkilmişdir.
İnzibati binanın qarşısında ucaldılmış Dövlət Sərhəd Xidmətinin Vətən Müharibəsində həlak olmuş hərbi qulluqçularının xatirəsinə həsr olunmuş abidə qarşısına güllər düzülmüşdür.
Tədbir çərçivəsində Dövlət Sərhəd Xidmətinin sıralarında Vətən müharibəsində iştirak edərək şücaət göstərmiş, hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının azad olunmasında fərqləndiklərinə görə təltif edilmiş medalları təqdim olunmuşdur.
Tərxis edilən hərbi qulluqçuların təntənəli yola salınması təşkil edilmiş, onlarla xatirə fotoşəkilləri çəkilmiş və şəxsi heyət DSX-nin hərbi orkestrinin ifasında "Cəngi” musiqisinin sədaları altında xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salınmışlar.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 19-01-2022 11:39
Baxış sayı: 4218
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23