Ermənilər Laçının bu kəndində çörək sexi açdı... - Şəkil
23-12-2021 20:35
1919-cu ilin yazında məhz Zabux kəndi ərazisində xalq qəhrəmanı Sultanbəy tayqulaq erməni sərkərdəsi Andranikin on minlərlə ermənidən ibarət qoşununu darmadağın edib...
Ermənilər Laçın rayonunun müvəqqəti(!) olaraq Rusiyanın “sülhməramlı” kontingentinin nəzarətində qalan Zabux kəndində çörək sexinin açılışını ediblər.Dalidag.az hafta.az-a istinadən xəbər verir ki, bu haqda Xankəndi və İrəvandakı erməni nəşrləri məlumat yayıb.
Məlumata görə, çörək sexi Ermənistanın “Genezis Armenia” şirkətinin maliyyəsi hesabına açılıb.

Laçın rayonunun Zabux kəndi Gorus-Laçın-Şuşa-Xankəndi yolunun üzərində, Ermənistanla sərhədə çox yaxın ərazidə yerləşir. Bu kənddə tarix boyu bir erməni də yaşamayıb...
1919-cu ilin yazında məhz Zabux kəndi ərazisində, “Zabux dərəsi” deyilən bu yerdə xalq qəhrəmanı Sultanbəy tayqulaq erməni sərkərdəsi Andranikin on minlərlə ermənidən ibarət qoşununu darmadağın etmiş, Andranik özü isə biabırçı şəkildə arvad paltarı geyinərək aradan çıxa bilmişdir. Onun qulağını hələ Osmanlı ordusunda xidmət etdiyi zaman ruslara yardım göstərərək xəyanət etdiyinə görə bir türk paşası kəsib...
1992-ci ilin mayında Laçın rayon mərkəzi ilə bərabər Zabux kəndi də Rusiyanın dəstək verdiyi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
2011-ci ildə Suriyadan onlarla erməni qanunsuz olaraq o zaman işğal altındakı Zabuxa köçürülüb. 2013-2016-cı illərdə burada Livan ermənilərinin dəstəyi ilə yeni salınmış qəsəbəyə “mer” də Azərbaycan torpağına Suriyanın Əl-Kamışlı şəhərindən qeyri-qanuni olaraq köçürülmüş Andranik Çavuşyan qoyulub.
2020-ci ilin 44 günlük savaşından sonra 10 noyabr üçtərəfli bəyanatına əsasən Laçın şəhəri, Ağanus, Kəravuz, Qarıkaha, Sus kəndləri ilə yanaşı, Zabux kəndi də Laçın rayonunun “dəhliz” edilmiş ərazisinə daxil edilərək Rusiya “sülhməramlı”larının məsuliyyət zonasına verilib. Bundan sonra A.Çavuşyan başda olmaqla 80-ə yaxın erməni Zabux kəndini tərk etməkdən imtina edib.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 23-12-2021 20:35
Baxış sayı: 4643Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















