Xankəndidə ermənilər niyə saxlanıldı və Ermənistan Laçın tələsinə necə düşdü? – İLGİNC DETALLAR
15-12-2021 10:59

“Prezidentin Brüssel görüşündə Laçın və Zəngəzur dəhlizini eyniləşdirməsi bizdəki “illərin siyasətçilərinin” nə qədər dayaz düşüncəli olduğunu da ortaya qoydu. Axşamdan bu fikir üzərində bəzi düzgün olmayan fikirlər səsləndirilir. Bəs əslində nə baş verib.?”
Dalidag.az xəbər verir ki, mövzunu konkret.az-a şərh edən Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəylinin sözlərinə görə, Prezident çıxışında “Zəngəzur dəhlizi Laçın dəhlizi ilə eyni olmalıdır” fikirini səsləndirib: “Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq”.Yəni fikir bundan ibarətdir. Ümumiyyətlə, ehtimala görə müqavilələr imzalansa da, sonrakı əsas problemimiz Zəngəzur dəhlizinin idarəetmə mexanizmi ilə bağlı olacaq”.

Əziz Əlibəyli əlavə edib ki, buna görə də, Prezident gələcək hadisələri indidən qabaqlamaqla həm Ermənistana, həm Brüsselə, həm Moskvaya mesajını vermiş oldu. Bunu təkcə bizim “siyasi” kəsim anlaya bilmədi:
1. Laçın dəhlizi təkcə ermənilər üçün nəzərdə tutulur və heç bir beynəlxalq əhəmiyyəti yoxdur.
2. Zəngəzur dəhlizi beynəlxalq əhəmiyyətli yolları, kommunikasiyaları özündə birləşdirəcək.
3. Prezident iki dəhlizi eyniləşdirməklə əslində Ermənistanın Zəngəzur dəhlizi üzərində yaranacaq təbii üstünlüyünü indidən sıfırlamaq və İrəvan üçün beynəlxalq yox, daxili ərazi əhəmiyyətinə salmaqla iddialarını kiçildir və hərəkətlərini məhdudlaşdırılması niyyətini daşıyır.
4. İndi məlum oldumu ki, Xankəndidə ermənilər niyə saxlanıldı və Ermənistan Laçın tələsinə nə cür düşdü” – deyə Əlibəyli fikirlərini tamamlayıb.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 15-12-2021 10:59
Baxış sayı: 4279Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















