Rusiyanın hava-kosmik qüvvələri 2021-ci ildəki təlimlərdə Qarabağ münaqişəsi zamanı kəşfiyyat və zərbə PUA-larından istifadə təcrübəsini öyrəniblər.Bunu Rusiya Federasiyasının hava-kosmik qüvvələri komandanının müavini general-leytenant Andrey Dyomin "Nezavisimoe voennoe obozrenie"yə müashibəsində deyib.
General-leytenantın sözlərinə görə, Rusiyanın Hava Hücümundan Müdafiə Qüvvələrinin döyüş hazırlığı səviyyəsini artırmaq üçün sürəkli olaraq təlimlər keçirilir, poliqonlarda bir sıra təmrinlər işlənir.
"İlk dəfə olaraq kəşfiyyat və zərbə PUA-larından kütləvi istifadə olunduğu Qarabağ müharibəsinin təcrübəsini də öyrənmişik, təfərrüatlardan yararlanmışıq. Bundan başqa, Rusiya Hava Kosmik Qüvvələrinin Suriyada əldə etdiyi döyüş təcrübəsi Aşuluk və Telembadakı poliqonlarda keçirilmiş taktiki təlimlərdə nəzərə alınıb", - Y.Dyomin deyib.
O, gələn il HHM komandanlığının əsas diqqətinin "Vostok-2022" strateji komanda-qərargah təlimlərinə yönəldiləcəyini də vurğulayıb.
Y.Dyomin onu da bildirib ki, Rusiyanın Hava-Kosmik Qüvvələrinin HHM qüvvələri yeni silahlar və hərbi texnika ilə təmin olunur. Onların arasında "Nebo" radiolokasiya kompleksi, "Qamma-DM" orta və böyük yüksəklikli radiolokasiya stansiyası, "Podlyot-M" və "Kasta-VM" tipli aşağı yüsəklikli radarlar da var.