Reklam
Bakı Paşinyan hakimiyyətini mühasirəyə alır
15-11-2021 10:16

15 noyabr saat 00:00-dan Azərbaycan Qafan-Çakaten yolunda sərhəd və gömrük nəzarətinin tətbiqinə başladı.
Beləliklə, Çakaten, Sıxovuş (Şikahoq), Kilsəkənd (Sraşen), Tsav, Nerkin Hand və digər kəndlərinin əhalisi üçün iki seçim var: ya Azərbaycan ərazisindən gömrük rüsumu ödəyərək keçəcəklər, ya da daha uzun məsafə (Mehriyə gedib, oradan Qafana keçəcəklər) qət etməli olacaqlar.
Gorus-Qafan yolunda gömrük məntəqəsinin qurulması Şahverdilər (Vorotan), Şurnux və Bərdzrəvan kəndlərini, Qafan-Çakaten yolunda gömrük məntəqəsinin qurulması Çakaten, Sıxovuş (Şikahoq), Kilsəkənd (Sraşen), Tsav, Nerkin Hand kəndlərini çətin vəziyyətə salır. Hər iki istiqamətdə Ermənistan hakimiyyətinin təklif etdiyi alternativ yol əlverişsizdir.
Və bununla Bakı Paşinyan hakimiyyətini də siyasi blokadaya salır.
Asif Nərimanlı
Kateqoriya: Qarabağ
Tarix: 15-11-2021 10:16
Baxış sayı: 4241Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























