3 nəfər Qarabağ təklifi verdi, Qorbaçovun cavabı... - Kaliniçenko
05-11-2021 11:36

1989-cu ildə azərbaycanlılar ermənilərə Bakıdan, ümumiyyətlə, bütün Azərbaycandan getməkdə kömək edirdilər, onları gizlədirdilər, dəstək olurdular. Bunların hamısı mənim gözümün qarşısında baş verib. Qeyd edək ki, həmin zamanlar İrəvan bütün dünyaya car çəkirdi ki, guya Azərbaycanda ermənilə qarşı soyqırım tətbiq edilib.
Dalidag.az xəbər verir ki, bu fikirləri SSRİ Baş Prokurorluğunun sabiq müstəntiqi Vladimir Kaliniçenko bölüşüb.
Kaliniçenkonun müsahibəsindən bir neçə tezisi diqqətinizə çatdırırıq:
- Mən Azərbaycana və Ermənistana dəfələrlə səfər etmişəm. Məni dəhşətə gətirən yeganə şey ermənilərdə millətçiliyin açıq-aydın təzahürü olub, azərbaycanlılarda bunu hiss etmirdim.
- 1987-ci ildə Qorbaçov Zori Balayanın, Silva Kaputikyanın və onlara qoşulmuş Qalina Starovoytovanın da tərkibində olduğu erməni nümayəndə heyətini qəbul etmişdi. Onlar Qarabağın Ermənistana birləşdirilməsi məsələsini məhz həmin gün Qorbaçovun qarşısında qaldırmışdılar. Qeyd edim ki, Qorbaçov bu ideyanı dəstəkləmişdi.
- Bir neçə il əvvəl Moskvada, poliklinikalardan birində təsadüfən erməni həkiminin qəbuluna düşdüm. O, kim olduğumu bilərək mənimlə danışmağa başladı. Dedi ki, guya hələ münaqişədən öncə azərbaycanlıların davranışı erməniləri hiddətləndirirmiş... Guya hətta Qarabağda bütün yazılar Azərbaycan və rus dillərində yazılırmış. Mən bu yalana çox təəccübləndim və kəskin cavab verdim ki, əgər mən 1979-cu ildə orada olmasaydım, bəlkə də inanardım. Amma mən orada oldum və hər şeyi öz gözlərimlə gördüm. Qarabağda bütün partiya komitələri ermənilərdən ibarət idi, bütün yazılar rus və erməni dillərində idi. Bundan başqa, Azərbaycanda rəhbərliyin özündə də çoxlu erməni var idi – həm MK-da, həm də Nazirlər Kabinetində o illərdə 30-40 erməni yaxşı vəzifələrdə işləyirdi./axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 05-11-2021 11:36
Baxış sayı: 3301Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















