Ağdağda Azərbaycan, Ermənistan və Rusiya bayraqları var
21-10-2021 10:30
Bununla belə, xəbərdə qeyd edilir ki, həmin yüksəkliyə ən yaxın məntəqə olan Aqarakdan çəkilmiş videoda orada hərbçilərin olub-olmaması, habelə bayraqlar arasında nə qədər məsafənin olması bilinmir.
Ermənilərin Pela adlandırdıqları Ağdağ yüksəkliyinin 2 kilometrliyində yerləşən kəndin sakinləri deyiblər ki, yüksəklikdə Azərbaycan mövqeləri hələ dekabr ayından görünüb.
Sakinlər bundan sonra hər hansı mövqe dəyişikliyinin olub-olmadığını bilmədiklərini deyiblər. Amma sakinlər bunu da bildiriblər ki, bu aylar ərzində burada hər hansı insidentin şahidi olmayıblar.
Sakinlərdən biri deyib: “Atəş səsləri olur. Atırlar, amma bizə yox. Hardan biləsən niyə atırlar”.
Başqa bir kənd sakini isə bildirib: “Narahatlıq həmişə var. Gəlib burnumuzun altında dayanıblar. Təhlükəsizlik təminatı olsa, yaxşı olardı. Mən deyə bilmərəm ki, atəş səsləri eşitmişəm... Heç bir dəyişiklik olmayıb. Hər şey 25 dekabrdan bəri olduğu kimidir. Biz üç ay postda idik. Sonra bizi əvəz etdilər. Heç bir səs-səmir eşitməmişəm”.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 21-10-2021 10:30
Baxış sayı: 4242Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)



















