Reklam
Xankəndi sürətlə boşalır, ermənilər Qarabağda yaşamaq istəmirlər - Ohanesyan
18-10-2021 11:57

Qarabağda yaşayan ermənilər demək olar ki, hər gün rus sühməramlılarına yaxınlaşaraq köçmək üçün müraciət edirlər. Onlar Qarabağda yaşamaq istəmirlər. Ermənilər deyir ki, bu torpaqlarda onları məcbur saxlayırlar.
Dalidag.az xəbər verir ki, bu fikirlərlə erməni siyasi şərhçi Samvel Ohanesyan çıxış edib.
“Biz Qarabağda yaşayan ermənilər ilə mütamadi söhbətlər edirik. Onların sayı hər gün azalır. Hamı Qarabağı tərk etmək barədə düşünür. Bu bizim üçün əsl faciədir. Elə çıxır ki, yaxın vaxtlarda Azərbaycan əsgəri bir güllə belə atmadan sakitcə Xankəndiyə yerləşəcək. Biz Bakıya heç bir söz də deyə bilməyəcik, çünki bölgədə olan sülməramlılar da təsdiq edəcək ki, ermənilər bu torpaqlardan könüllü olara çıxıb.
Bu faciənin birinci mərhələsidir. İkinci mərhələ bu insanların Qarabağdan çıxdıqdan sonra hara üz tutması olacaq. İnanın ki, onlar heç Ermənistanda belə yaşamaq, yerləşmək istəmir – Rusiyaya və yaxud Qərb ölkələrinə üz tutacaqlar”, - deyə erməni ekspert qeyd edib./axar.ax
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 18-10-2021 11:57
Baxış sayı: 4255Yazı axını
17 / 08 / 2026
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























