"İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” ölkə prezidentinin 12 avqust 2021-ci il tarixli fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılıb.
Dalidag.az xəbər verir ki, bu barədə Komitənin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, hazırda Baş İdarənin strukturunun formalaşdırılması, işçi qüvvəsinin planlaşdırılması, fəaliyyətinin təşkil edilməsi ilə bağlı zəruri təminat məsələlərinin həll edilməsi üzərində iş aparılır. Strukturun əsas bölmələrinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında şəhərsalma və memarlıq məsələlərinin icrası, dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi, tikintiyə və istismara icazələrin verilməsi, eləcə də İdarənin fəaliyyətinin dəstəklənməsi məqsədilə digər təminedici struktur vahidlərindən ibarət olması nəzərdə tutulub.
Baş İdarənin statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabərdir, Komitənin strukturuna daxil olan qurumdur. Bununla əlaqədar olaraq, Baş İdarədə dövlət qulluğu vəzifələrinə qəbul “Dövlət qulluğu haqqında” qanunun tələblərinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi müsabiqə əsasında həyata keçiriləcək.
Reklam
Qarabağ Regional Memarlıq və Şəhərsalma İdarəsi formalaşdırılır
14-09-2021 16:46

Kateqoriya: Qarabağ
Tarix: 14-09-2021 16:46
Baxış sayı: 3343Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























