Reklam
Xankəndində pul alıb İrəvana qayıdan ermənilər: "Orada həyat yoxdur"
05-09-2021 10:09
Ermənistan hökuməti müharibə vaxtı Qarabağdan İrəvana gedən ermənilərə verdiyi aylıq 68 min dram müavinəti kəsib. Ermənilər deyir ki, əksəriyyəti bu müavinətin üzünü görmədilər, hökumət isə bildirir ki, bu proqram cəmi 4 ay nəzərdə tutulmuşdu.
Proqramda əsas prinsip Xankəndidə qayıdan ermənilərə üstünlük verilməsi idi. Erməni mənbələr yazır ki, əksər erməni Xankəndinə gəlir, “müvəqqəti yaşayış” yerində, yaxud qohumlarının evində qeydiyyata düşür, sosial müavinəti aldıqdan sonra geriyə - Ermənistana qayıdırlar. Proqramın dayanmasının səbəblərindən biri də budur.
İrəvanda “qarabağlılar” kimi qəbul edilən ermənilərin əksəriyyəti Ermənistanın müxtəlif yerlərində müvəqqəti yerləşdirilib. Ermənistana gedən ermənilər geri qayıtmaq istəmirlər. Misal üçün, vaxtilə keçmiş Ağdərə rayonunda yaşamış erməni Karen Şirinyan deyir ki, “orada (Qarabağda) heç bir iş və yaşamaq yeri yoxdur”.
“Bizə işlə təmin edilmək üçün proqramların yaradılacağını desələr də, aylardır heç nə edilmədi. Orada yaşaya bilmirik, Ermənistanda da bizə baxmırlar”, - Şirinyan deyir.
Xankəndidə yaşayan Marina Zakaryan isə getmək istədiklərini bildirir.
Hazırda “qarabağlı” kimi qəbul edilən ermənilər iki hissəyə bölünüb:
- birincilər, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində yaşayanlardır: onlar aylıq 68 min dram müavinət alır, lakin işsizlik və qalmaq üçün yer problemi ilə üzləşir; Zakaryan deyir ki, “yay bitir, qışda çətinlik daha çox olacaq”; başqa biri isə qeyd edir ki, “şampun, tualet kağızı, sabun, yuyucu tozu və digər şeylər alırsan, on minlərlə dram edir, bizə aylıq verilən pul 2-3 gün ərzində bitir”;
- ikincilər, Ermənistana gedənlərdir: onların sayı daha çoxdur, çünki əksəriyyəti işğal dövründə Qarabağ ətrafı rayonlara qanunsuz yerləşdirilmişdi, həmçinin, böyük qismi Qarabağa aylıq pulu almaq üçün gəlir və geri qayıdırlar; Ermənistan hökuməti artıq onları yük olaraq görür və aylıq müavinət əvəzinə “iş yerləri” vədini verməkdə davam edir;
Son məlumatlara görə, Azərbaycan Qarabağda rabitə əlaqəsini məhdudlaşdırır: internet, mobil əlaqə və s. problemləri yaşanır. Bununla yanaşı, ciddi su problemi var.
1. Bakı bu istiqamətdə həlqəni daha da daraltmalıdır;
2. Qarşıdan qış gəlir: bu, elektrik enerjisi, təbii qaz problemlərini də özü ilə gətirəcək; Xankəndinə elektrik enerjisinin bir qismi Şuşa yarımstansiyasından verilir, zaman-zaman “texniki problemlər” yarana bilər; yaxud, ərzaq qıtlığına səbəb olacaq hadisələr də baş verə bilər;
Orada həyat nə qədər çətin olacaqsa, bu, bizim maraqlarımıza uyğundur: əksəriyyəti gedəcək, gedə bilməyənlər də vətəndaşlığı qəbul etmək qarşılığında bizdən iş istəyəcək; bir neçə həftə öncə Şuşaya gələn və Azərbaycan əsgərindən iş istəyən ermənilər bunun real nümunəsidir;
Asif Nərimanlı
Kateqoriya: Qarabağ
Tarix: 05-09-2021 10:09
Baxış sayı: 2279
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23