Reklam
Xankəndidə qondarma “mərasimə” hazırlıq: Bakı nə edəcək? - DETALLAR
01-09-2021 13:11
Qarabağda separatçı-terrorçu rejim sentyabrın 2-də qondarma “müstəqillik günü” qeyd etməyə hazırlaşır. Bu gün keçiriləcək qondarma “parlamentin xüsusi iclası”nda Ermənistandan qonaqların iştirakı da gözlənilir:
- “Ermənistan” bloku: Armen Rustamyanın rəhbərlik etdiyi nümayəndə heyətinin gələcəyi haqda məlumatlar var; nə blokun lideri Robert Koçaryan, nə də parlamentdə əsas fiquru olan Seyran Ohanyan olacaq;
- “Şərəfim var” bloku: cəmi bir deputatla – Artur Vanetsyanla (Vətən partiyasının sədri, Paşinyan hakimiyyətində keçmiş təhlükəsizlik xidmətinin rəhbəri olub) iştirak edəcək;
- Hakim “Mənim addımım” fraksiyası: vitse-spiker Ruben Rubinyanın rəhbərlik edəcəyi nümayəndə heyətinin iştirak edəcəyi deyilir;
Ermənistan rəhbərliyindən heç kim qondarma “mərasimə” qatılmayacaq və bu, son 30 ildə bir ilk olacaq: Nikol Paşinyan Soçidə istirahətdədir (sentyabrın 3-ü qayıdacaq); parlament sədri Alen Simonyan sentyabrın 2-də Vyanada səfərdə olacaq; prezident Armen Sarkisyan ümumiyyətlə, yoxa çıxıb;
Separatçılar Ermənistan rəhbərliyinin iştirakı üçün çox əlləşsə də, hətta hakimiyyətə Xankəndidə heç bir xoşagəlməz halın yaşanmayacağı, etiraz aksiyasının keçirilməcəyi sözünü versə də, nəticə əldə edə bilməyiblər: Nikol anlayır ki, onun Xankəndiyə getməsi mümkünsüzdür.
Lakin qondarma “müstəqillik günü”ndə iştirak Ermənistanın daxili siyasi mübarizəsində mübarizənin gündəmini müəyyən edəcək amildir: iştirak etməyənlər ittihamlarla üzləşəcək, bu baxımdan hər fraksiya hansısa formada təmsil olunmağa çalışacaq;
Bütün bunların fonunda Bakının hansı addımı atacağı əsas müzakirə mövzusudur:
1. Siyasi reaksiya verilə bilər: hərçənd, bunun nə qədər effektli olacağı sual altındadır;
2. Hərbi müstəvidə addımlar ata bilər: müdafiə nazirinin 30 avqustda orduya “Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təxribatlara dərhal cavab verilsin” əmri bu ehtimalı önə çıxarır;
Hələ ki, səssizlikdir, lakin nələrinsə edilməsi zərurəti var. Və başqa bir ehtimal da mümkündür: Bakı qondarma “müstəqillik günündə” susub, ardınca bunu siyasi və hərbi müstəvidə müdaxilə üçün əsas götürə bilər.
Asif Nərimanlı
Kateqoriya: Qarabağ
Tarix: 01-09-2021 13:11
Baxış sayı: 4442
Yazı axını
09 / 01 / 2025
08 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
06 / 01 / 2025
05 / 01 / 2025
03 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
01 / 01 / 2025
01 / 01 / 2025
31 / 12 / 2024
31 / 12 / 2024
31 / 12 / 2024
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
Ən çox oxunanlar