Reklam
Erməni komandirdən şok: 17 yük maşını mina basdırdıq - Video
07-06-2021 12:24
Dalidag.az xəbər verir ki, Tvitterdə yerləşdirilən videoda cəsarətlə və vicdan əzabı çəkmədən hərbi cinayətlər törətdiyini etiraf edən bir “qəhrəmanı” və terrorçunu görə bilərsiniz.
Polkovnik Koryun Qumaşyan qürurla deyir:
"Mən kontingentimlə birgə Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina basdırdıq. Minalar olduğuna görə bu ərazidə heç nə edə bilməyəcəksiniz. Hərbi əsirlərimizi bizə qaytarın və mən mina xəritəsi təqdim edəcəm”.
Bu açıqlama erməni hərbi maşınının faşist mahiyyətini bir daha sübut edir. İşğal olunmuş torpaqları qanları ilə azad edən Azərbaycan silahlı qüvvələrinin haqlı qəzəbinə müqavimət göstərmək fürsəti olmayan erməni hərbçiləri davam edən terror siyasətini gizlətmirlər.
Bunlar müharibə cinayətləri deyil, sadəcə terrorizmdir.
Dünya birliyi nəhayət vəziyyəti anlamalı və Azərbaycan torpağında terrorizmə qarşı ciddi sözünü deməlidir./bizim.media
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 07-06-2021 12:24
Baxış sayı: 4445Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar





























