Reklam
“Azərbaycan qüvvələri geri çəkilməyib, əksinə, sayları artıb”
21-05-2021 18:30
Ermənistan cəmiyyəti hələ də Zəngəzurdan, Göyçədən gələn xəbərləri böyük həyəcanla qarşılayır. Yerli mətbuat Azərbaycan qüvvələrinin geri çəkilmədiyini, əksinə, saylarının artdığını yazır. Üstəlik, yeni razılaşma sənədinin müzakirəyə çıxarılması həyəcanı artırır. Ermənistanda böyük narahatlıq, hətta çalxalanma var.
Dalidag.az xəbər verir ki, yeni sənədin imzalanma ehtimalı bu ölkədə gərginliyi artırıb. Mayın 20-də paytaxt İrəvanda sön dövrlərin ən böyük etiraz aksiyalarından biri baş tutub. Etirazçılar əvvəlcə hökumət binasının qarşısına toplaşıb, sonra parlamentə tərəf üz tutublar. Mərkəzdə Baqramyan prospektini tam bağlayıblar. Onlar yeni razılaşmanın tələblərinin açıqlanmasının tələb ediblər. Etirazçılar düşünür ki, hakimiyyət torpaq güzəştə getməyə hazırlaşır.Müxalifət daha sərt danışır. Nikol Paşinyanın konadasının əleyhdarları hakimiyyəti konkret “satqın” adlandırır. Baş nazir ittihamları cavabsız qoymur. O da müxtəlif adamları Azərbaycanın cəsusu adlandırıb. Axırıncı dəfə Vatikandakı keçmiş səfir Mikael Minasyan üçün belə ifadə işlədilib. Paşinyan onu satqın hesab etdiyini dilə gətirib.
Minasyana belə kinin səbəbi nədir? Çünki keçmiş səfir hamıdan əvvəl yeni razılaşma sənəndinin nüsxəsini paylaşmışdı. Minasyan iddia edirdi ki, sənəd torpaqların güzəşt olunmasını özündə əks etdirir. Paşinyan buna sərt reaksiya verib. Baş nazir bildirir ki, sənəd Ermənistanın maraqlarına xidmət edir. Hökumət rəhbəri Azərbaycanın razılaşmaya əməl edəcəyi təəssüratı yaranandan sonra sənədə imza atılacağını deyib. Ümumiyyətlə, hakimiyyət hamını əmin etməyə çalışır ki, əsas məqsəd Azərbaycan hərbi qüvvələrini Zəngəzurda və Göyçədə geri çəkilməyə məcbur etməkdir. Məhz bundan sonra rəsmi İrəvan razılaşmanı imzalamağı düşünür.
Ermənistan mətbuatı isə Zəngəzurda və Göyçədə gərginliyin bitmədiyini yazır. Yazılanlara görə, Azərbaycan hərbi qüvvələri geri addım atmaq niyyəti göstərmir. Konkret rəqəmlər də qeyd olunur. Yazılıb ki, əvvəllər mübahisəli ərazilərdə 250 azərbaycanlı gözə dəyirdisə, indi say 600-ə çatıb.
Ermənistan Müdafiə Nazirliyi cəmiyyəti təlaş keçirməməyə çağırıb. Dövlət qurumu açıqlamasında azərbaycanlıların yolunun kəsildiyini bildirib./bizimyol.info
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 21-05-2021 18:30
Baxış sayı: 4260
Yazı axını
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
Ən çox oxunanlar