Qarabağ separatçılarının liderlərindən biri, Dağlıq Qarabağın “Təhlükəsizlik Şurasının” katibi Vitali Balasanyan dünən Qaregin Njdenin Xocavəndin (erməni versiyası – Martuni) mərkəzindəki abidəsinin sökülməsini təklif edib.
Bu barədə “Azadlıq radiosu”nun erməni xidmətinə Xocavənd rayon Ağsaqqallar Şurasının üzvü Artak Mkrtçyan və Ermənistan Milli Məclisinin müstəqil deputatı Sofiya Ovsepyan məlumat veriblər.
Radiostansiyanın məlumatına görə, V. Balasanyan nasizmin əlaltısı Q. Njdenin abidəsinin 9 May – Hitler rejimi üzərində Qələbə gününə qədər sökülməsində israr edir. Balasanyan problemin həlli üçün digər bir variant - abidənin Zəngəzur rayonuna köçürülməsini də təklif edib.
Xocavənd erməni icması nümayəndələrinin bildirdiyinə görə, abidənin sökülməsində Rusiya Sülhməramlı kontingentinin rəhbərliyi təkid edir.
Xatırladaq ki, müasir Ermənistanda canonize edilmiş erməni üsyançı ordusunun liderlərindən biri olan Qaregin Njde sovetləşmədən əvvəl Zəngəzur və Dağlıq Qarabağdakı Azərbaycan əhalisinin məhvinə və təmizlənməsinə şəxsən başçılıq edib. Daha sonra isə Avropaya köç edərək, faşist hərəkatına qoşulub...
Ermənilər Njdenin Qarabağdakı abidəsini sökməyə hazırlaşır
06-05-2021 10:37

Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 06-05-2021 10:37
Baxış sayı: 3334Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















