Ədəbiyyatdan, şeir-sənətdən söz düşəndə xatırlananlar dünyanın bəxtəvərləri hesab ediliblər. Lakin bu “bəxtəvərlər”in taleyi heç də həmişə həsəd aparılası olmur. Qısadan-qısa, lakin əbədi ömür sahiblərindən biri də “dağların bəxtəvər dustağı” - tərcüməçi-alim, şair Ənvər Rza olub: cəmi 48 illik ömründə milli və bəşəri hisslərlə yaddaşlara yazılıb. Şairin anadan olmasının 80 illiyinə həsr edilən “Ənvər Rzanı xatırlayarkən” kitabının Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda təqdimat

Azərbaycan Yazıçılar Birliyində "Ənvər Rzanı xatırlarkən" kitabının təqdimat mərasimi keçirilib. Dalidag.az xəbər verir ki, Əli İsmayılovun müəllifi olduğu kitab şairin 80 illik yubileyinə həsr olunub. Ənvər Rzanın həyat və yaradıcılığına yaxından bələd olan müəllif kitabda şairin tərcümeyi-halından, doğulub boya-başa çatdığı ictimai-ədəbi Kəlbəcər mühitindən bəhs edib. Tədbirdə mərhum şairin tələbələri , dostları, tələbəlik yoldaşları Ənvər Rza ilə olan xatirələrindən danışıb, həyat və

BALTASARIN HƏYATINDA UNUDULMAZ GÜN Q əfəs hazır idi və Baltasar adəti üzrə onu evin qabağındakı çardaqdan asdı. O, səhər yeməyini hələ yeyib qurtarmamışdı, ətrafdakılar isə onun düzəltdiyi qəfəsin gözəlliyindən danışırdılar. Evin qabağına çoxlu adam yığışmışdı, hamı qəfəsi görməyə tələsirdi, axırda adamlar o qədər çoxaldı ki, Baltasar qəfəsi çardaqdan açıb gizlətməli oldu. Ursula ona: – Üzünü qırx, – dedi. – Yoxsa lap rahibə oxşayırsan. – Yeməkdən sonra həvəsim gəlmir. Onun iki həftədən qalma

Qoy özümü gendə görüm, Bəlkə yağış, gün də görüm... Bir iş tapşır, mən də görüm, - Nə vaxtdır bekaram, Allah. Dalidag.az Elman Tovuzun şeirlərini təqdim edir: QAYITMA Özün də bilmirsən bu nə dərd idi - Mən üzə çıxıram, sənsə batırsan… Nə oldu: tapanda – gözü dörd idin, Atanda – gözünü yumub atırsan? Bu boyda günahı üstünə yığıb - Bu ürək indicə daş olar, qorxma… Yanına düşmüşəm – yadından çıxıb, Gedərəm, yanın da boşalar, qorxma… İsti nəfəs, – deyə axtarma hədər, Qar düşər başımı qatdığın yerə.

Azərbaycan ədəbiyyatı tarixinə 60-cılar adı ilə daxil olan ədəbi nəslin ən istedadlı nümayəndələrindən sayılan, ilk qələm təcrübələrindən öz yolunu, poetik mənini uğurla təsdiq edən şair Məmməd Aslan ədəbiyyatımıza möhürünü vurmuş istedadlı söz adamıdır. O, çoxşaxəli ədəbi-bədii yaradıcılığı ilə ədəbi dilimizin və poeziyamızın zənginləşməsində böyük xidmətlər göstərmişdir. Uzun və zəngin bir yaradıcılıq yolu keçmiş ədib poeziya yaradıcılığı ilə paralel olaraq bədii publisistika sahəsində də

Dalidag.az Təranə Vahidin bir hekayəsini təqdim edir: VAĞZALDAKI QARI O , hər gün evdən çıxıb Vətənini axtarmağa gedirdi... Bir-birlərini yaxından görməsələr, səslərini eşitməsələr də, onlar çoxdanın, lap çoxdanın tanışı idilər. Vağzalda aralarından dərin bir dəmir yolu xətti şütüyüb keçirdi. Dəmir yolunun sağında yaşı bəlli olmayan, saqqallı, iki ayağı dizdən aşağı kəsilmiş və bunun ucbatından ömürlük əlil arabasına məhkum olunmuş keçmiş döyüşçü idi. Hər səhər buruqsaçlı bir oğlan

Bu gün Türk dünyasının böyük şairi, varlığı ilə sözə bağlı, təpədən-dırnağa SÖZ adam Məmməd Aslanın doğum günüdü. Yaşasaydı 80 illik yubileyini qeyd edəcəkdi... təəssüf ki, bu günü onsuz qeyd edirik. Ruhu şad olsun Uca Şairin! Məmməd Aslan 1939-cu il dekabın 23-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə

Dalidag.az Afaq Məsudun hekayəsini təqdim edir: ÇOVĞUN N eçə vaxt idi, pişik özü öz quyruğundan qorxurdu. Hara gedirdi, quyruğu dalınca sürünürdü. Nə qədər eləyirdi, onu yerdən ayıra bilmirdi. Quyruğu elə bil özününkü deyildi, tüklü, cansız ip kimi ardınca sürünürdü. Onu bir neçə gün bundan əvvəl Səkinə arvad əzib bu kökə salmışdı. Bir neçə gün bundan əvvəl pişik mətbəxdə dilini kasaya batıra-batıra su içəndə Səkinə arvadın, bəlkə, bütün bədənindən, boy-buxunundan da iri, çəkməli ayağı lay

...Saçımı,başımı qocaltdı illər, Sənlə dolu qəlbim qocalmadı ki. Bir az da yaşımı qocaltdı illər, Sənə olan sevgim qocalmadı ki... Dalidag.az Kəmalə Abiyevanın şeirlərini təqdim edir: MƏNİ BAĞIŞLAMA Nə olsun qayıtdım, əlindən tutdum Nə olsun ki sənə”bağışla” dedim. bağışlama məni, qurbanın olum, Məni bağışlama, qoy çıxım gedim. Baxma sevgi dolu baxışlarınla, Mən sənin dünyanı yıxıb getmişəm. Sən həsrət qaldığın baxışlarıma Özgə bir həsrəti yığıb getmişəm. Sənin üzündəki qəmin izləri mənim

B ataqlıqlı düzənlikdə hərəkət yox idi, sadəcə, gecə mehi qısa otları tərpədirdi. Artıq uzun illərdir ki, böyük kor səma qalxanının altından bir quş belə uçmamışdı. Lap çoxdan bir neçə balaca daş xırdalanıb toza çevriləndə özlərini canlı kimi aparmışdılar. İndi bu çöllükdə yalnız gecənin özü tənha tonqala sarı əyilmiş iki kişinin qəlbində tərpənirdi. Qaranlıq onların damarlarına ehtiyatla dolur və onların gicgahları ilə biləklərində sakitcə döyünürdü. Tonqalın işığı onların saç-saqqallı
Yazı axını