Reklam
"Asta get, gedişin yol əmanəti..." - Faiq Hüseynbəyli
01-07-2025 13:30
Faiq HüseynbəyliSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Faiq Hüseynbəyli yaradıcılığından:
* * *
Nə deyib bağlanar insan insana,
Nə deyib gözündə yaşlara dönər?
Darıxan sözləri gətirər cana,
Yollara, çaylara, daşlara dönər?
Nə deyib şəkillər danışar səni,
Küləklər ətrini gətirər hər gün.
Bu zalım təbiət, amansız zaman,
Səni uzaqlara götürər hər gün.
Yüz il yağış yağa, söndürə bilməz,
Sinəmin üstündə közdü həsrətin.
"Qorxuram, bir daha səni görməyim",
Yollardan yığılan gözdü həsrətin.
Səni hicran-hicran itirirəm mən,
Qayıtsan, qışda da çiçəklər açar.
Özümün sonunu gətirirəm mən,
Ürəyim dost kimi, ürəyim haça.
Asta get, gedişin yol əmanəti,
İzini boyuna biçir yolların.
Milyon il keçsə də qayıdacaqsan,
Mənim ürəyimdən keçir yolların.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 01-07-2025 13:30
Baxış sayı: 3476Yazı axını
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
30 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
Ən çox oxunanlar
01-10-2026 22:01





























