Reklam


Özbəkistanın kultura.uz portalında Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı Leyla Bədirbəyli haqqında yazı dərc olunub. Dalidag.az xəbər verir ki, görkəmli aktrisanın 100 illiyi ilə bağlı verilən məqalədə onun uşaqlıq və gənclik illəri haqqında söhbət açılır, əvvəllər rəqs dərnəyində çalışdığı bildirilir. Qeyd olunur ki, Leyla Bədirbəyli iki filmdə epizodik rolda oynadıqdan sonra 1940-cı illərin əvvəllərində kinorejissor Hüseyn Seyidzadə onu “Ayna” filmində baş rola çəkir.

Merilin Monro haqqında tapılan gizli sənədlər onun ölümünün sirrini açmağa kömək edəcək. Dalidag.az xəbər verir ki, 2039-cu ilədək möhürlənmiş sirli sənədlər qutusu Monronun psixiatrı tərəfindən öldürüldüyünü sübut edə bilər. Sənədlərin onun meyitini tapan və aktrisanın 1962-ci ildə ölümünə səbəb olan yüksək dozalı psixatrop həblərin istifadəsini ona tövsiyə edən həkim Ralf Qrinsona aid olduğu bildirilir. Müstəntiq Beki Oldric, Kaliforniya Universitetinin kitabxanasında sirli bir qutu tapıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Nailə Süleymanova institutda saxlanılan arxeoqrafik sənədlər arasında Osmanlı dövlətinin onuncu padşahı Qanuni Sultan Süleymanın hibənaməsini (torpaq bağışlanması haqqında fərman) aşkar edib. Dalidag.az xəbər verir ki, institutdan kult.az-a verilən məlumata görə, hibənamə hicri 975-ci (miladi 1566) ildə İstanbulda (Konstatiniyyə) cəli xətti ilə qara, qızılı və göy

Türkiyənin paytaxtı Ankara şəhərində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə yekun tədbir keçiriləcək. Dalidag.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı -TÜRKSOY, Azərbaycan və Türkiyənin Mədəniyyət nazirlikləri və ölkəmizin Ankaradakı səfirliyi tərəfindən təşkil olunan mərasim “Nəsimi-2019” ilinin bağlanışına, eləcə də görkəmli kinorejissor Həsən Seyidbəylinin 100 illik yubileyinə həsr olunur. Mərasim çərçivəsində “Nəsimi” bədii filmi

"Azanfilm" Animasiya Studiyasının istehsalı olan “Mənim balaca Şahzadəm” (“My little prince") qısametrajlı animasiya filmi Banqladeşdə keçirilən 13th International Children's Film Festivalında iştirak edəcək. Dalidag.az xəbər verir ki, 24-31 yanvar 2020-ci il tarixləri ərzində keçiriləcək festivalın mükafatlandırma mərasimi yanvarın 31-də baş tutacaq. Mədəniyyət Nazirliyinin sifarişi ilə 2019-cu ildə “Azanfilm” Studiyasında ərsəyə gələn filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri

Şamil Əliyevin “Çölçü” filmi yeni zirvələri fəth etməkdə davam edir. Dalidag.az xəbər verir ki, “Tripvill International Film Festival 2020”nin (Hindistan, Kəlkətə) beynəlxalq kino ekspertlərindən ibarət münsiflər heyəti Şamil Əliyevin “Çölçü” filmini “Best Narratıve Feature / Award of Excellence” (Ən yaxşı bədii film / Xüsusi mükafat) mükafatlarının qalibi elan edib. “Tripvill International Film Festival 2020” qalibləri yanvarın 1-də açıqlayıb. Beləliklə, “Çölçü” filmi yanvarın 12-də
Bakıdan üz döndərən, övladı olmayan, dostlarını itirən - “Qayınana”nın Afətindən maraqlı faktlar -ŞƏKİLLƏR
(5-01-2020, 15:48)
(5-01-2020, 15:48)

Dalidag.az əməkdar artist İnarə Quliyeva haqqında maraqlı faktları təqdim edir: İnarə Aleksnadrovna Quliyeva 1950-ci il yanvarın 4-də Moskvada anadan olub.1972-ci ildə Rus teatral incəsənət akademiyasını (GİTİS) bitirib. 1994-cü ildən Rusiyanın əməkdar artistidir. Rusiyanın Xalq artisti, opera aktyoru Vitali Mişle ilə ailəlidir. *** Ata tərəfdən azərbaycanlı olduğu üçün soyadı Quliyevadır. Atası Bakıda yaşayıb, zabit kimi fəaliyyət göstərib. Bakıda xeyli qohumları olsa da, babası ilə nənəsi

Parisin 5-ci rayonunda yerləşən Saint Severin kilsəsində klassik musiqi konserti olub. Dalidag.az xəbər verir ki, Fransanın İncəsənətin Dostları Assosiasiyasının təşkil etdiyi konsertdə Rusiya Federasiyası Tatarıstan Respublikasının Əməkdar artisti, Sankt- Peterburq Mariinski Teatr truppasının solisti, beynəlxalq müsabiqələr laureatı, həmvətənimiz Timur Abdikeyev və Bakı Musiqi Akademiyasının Opera Studiyasının solisti Adil Axundov çıxış ediblər. Konsert çərçivəsində görkəmli bəstəkarlar

1945-ci ildə Rza Təhmasib "Arşın Mal Alan" filminə çəkilməyə "Gülçöhrə" rolu üçün gözəl xarici görünüşə malik qız axtarır. Üzeyir Bəy Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir və beləcə, Azərbaycan səhnəsində "Gülçöhrə" parlayır... Bu gün əməkdaşlarımız görkəmli sənətkarımız Leyla Bədirbəylinin bacısı Ofeliya xanımın qonağı olublar... İosif Stalinin "Qafqaz gözəli", Səməd Vurğunun "Allı-güllü Leyla" çağırdığı bu xanım həm də Azərbaycan qadınının simvoluna çevrilib.

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə şair, tərcüməçi Məmməd Aslanın 80 illik yubileyinə həsr olunmuş poeziya gecəsi keçirilib. Dalidag.az xəbər verir ki, tədbirdə Məmməd Aslanın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Onun ümummilli lider Heydər Əliyevlə həmsöhbət olduğu fraqment tədbir iştirakçılarına göstərilib. Eyni zamanda videoçarxda İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun Məmməd Aslanla bağlı xatirələri yer alıb. Tədbirdə çıxış
Yazı axını
12 / 09 / 2025
11 / 09 / 2025
11 / 09 / 2025
10 / 09 / 2025
09 / 09 / 2025
09 / 09 / 2025
08 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
06 / 09 / 2025
06 / 09 / 2025
05 / 09 / 2025
04 / 09 / 2025
03 / 09 / 2025
02 / 09 / 2025
01 / 09 / 2025
31 / 08 / 2025
30 / 08 / 2025
29 / 08 / 2025
29 / 08 / 2025
28 / 08 / 2025
28 / 08 / 2025
Ən çox oxunanlar