Reklam
Paşinyan: “Ərazilərin qaytarılmasından söhbət belə gedə bilməz...”
21-02-2020 11:04

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağa dair növbəti avantürist bəyanatla çıxış edərək faktiki olaraq danışıqlar prosesini pozub.
Erməni KİV-ləri xəbər verir ki, o Ermənistanın İctimai televiziyasına müsahibəsində işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasını istisna edib.Paşinyan birmənalı şəkildə deyib ki, işğal edilmiş ərazilərin qaytarılması barədə Azərbaycanla danışıqlar aparmaqdan imtina edir. “Bu haqda söhbət belə gedə bilməz”,-erməni baş nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycanla ancaq Dağlıq Qarabağdakı rejimin “təhlükəsizliyi məsələsi” üzrə danışıqlar apara bilər. “Ərazilər məsələsi yoxdur, təhlükəsizlik məsələsi var”,-o, əlavə edib.
Paşinyan artıq neçənci dəfədir ki, müxtəlif formalarda avantürist bəyanatlar verərək danışıqlar prosesini pozur, faktiki olaraq danışıqların davamını istisna edir. Hansı ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonların qaytarılması danışıqlar prosesinin bütün dövrlərində və mərhələlərində müzakirə edilib. Bu məsələ hətta Ermənistan üçün ən sərfəli nizamlama variantlarında belə başlıca element kimi əksini tapıb. O cümlədən Madrid prinsipləri ətraf rayonların qaytarılmasına və Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyən edilməsinə əsaslanır.virtualaz.org
Dalidag.az
Kateqoriya: Manşet / Qarabağ
Tarix: 21-02-2020 11:04
Baxış sayı: 4625Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























