Reklam
Zakir Həsənov bayramı cəbhə xəttində əsgərlərlə qeyd etdi - ŞƏKİL\VİDEO
31-12-2019 14:16

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.
Dalidag.az xəbər verir ki, aprel döyüşləri zamanı Talış kəndi istiqamətində azad edilmiş ön xətt mövqelərində döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.
Bayram münasibətilə şəxsi heyətə təbriklərini və ən xoş arzularını çatdıran Müdafiə naziri xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandıraraq, onlara qiymətli hədiyyələr və bayram sovqatları təqdim edib.
Çay süfrəsi arxasında əsgərlərlə söhbət etdikdən sonra nazir ön xətdə xidmət edən şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı görülən işlərlə maraqlanıb və müvafiq tapşırıqlar verib.
Sonra Müdafiə naziri səyyar tibb hospitalına baş çəkərək burada müalicə olunan əsgərlərlə və hərbi tibb müəssisəsinin personalı ilə də görüşüb, onları bayramlar münasibətilə təbrik edərək hədiyyələr təqdim edib.
Dalidag.az





Kateqoriya: Manşet / Qarabağ
Tarix: 31-12-2019 14:16
Baxış sayı: 5831Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























