Reklam
Kəlbəcər ziyalıları "Kəlbəcər Yolu” YARATDI
31-10-2019 17:15

Uzun illərdi Ermənistanın işğal altında saxladığı Kəlbəcər rayonundan olan bir qrup ziyalı doğma yurdun düşmən tapdağından azad edilməsi niyyəti ilə “Kəlbəcər Yolu” İctimai Birliyini təsis ediblər.
Qurumun yaradılmasında əsas məqsəd yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı öz ətrafında birləşdirməklə zəbt olunmuş torpaqların, o cümlədən Kəlbəcərin işğaldan tezliklə azad edilməsi uğrunda mübarizə aparmaqdı.
Birlikdən Dalidag.az-a verilən məlumata görə, 30 ilə yaxındır işğal olunan ərazilərin danışıqlar yolu ilə qaytarılması cəhdlərinin uğursuzluğu artıq daha konkret addımların atılmasını zəruri edir. Bu dövrdə ermənilərin Kəlbəcər də daxil olmaqla işğal altındakı torpaqlarımızda rahatlıqla məskunlaşması göstərir ki, nəticəsiz danışıqlar yalnız onların həmin ərazilərdə möhkəmlənməsinə şərait yaradır.
İctimai Birlik torpaqların tez bir zamanda erməni tapdağından azad edilməsi üçün həm Azərbaycan hökuməti, həm də problemin həlli ilə məşğul olan beynəlxalq təşkilatlar qarşısında konkret təkliflər və tələblərlə çıxış etməyi planlaşdırır.
Sevinc Qərib,
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 31-10-2019 17:15
Baxış sayı: 2876Yazı axını
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
16 / 01 / 2026
Ən çox oxunanlar







.jpg)




















