Hər bir uğurlu gənc gələcəyin qurucusudur. Onlardan biri də Ayxan Kazımlıdır. O, ABŞ-də ali təhsil almaq şansı qazanmış gənc və istedadlı bir tələbədir. Onun bu uğuru, sadəcə fərdi zəhmətin nəticəsi deyil, eyni zamanda minlərlə gənc üçün bir motivasiya mənbəyidir. Dalidag.az bildirir ki, AzEdu.az təəssüratlarını öyrənmək üçün həmin gənclə əlaqə saxlayıb. Ayxan bu ildən Amerikada bakalavr üzrə təhsil alacaq. O bundan öncə 2 il müddətində Çində United World College Changshu kollecində tam

Kəlbəcərdə mina hadisəsi baş verib. Dalidag.az xəbər verir ki, hadisə rayonun Susuzluq kəndi ərazisində qeydə alınıb.Belə ki kənd ərazisində traktorun minaya düşməsi zamanı partlayış olub. Nəticədə traktorun sürücüsü Kürdəmir sakini, 1989-cu il təvəllüdlü Rəşadət Əsədov xəsarət alaraq xəstəxanaya aparılıb. Hadisə ilə bağlı araşdırma aparılır. Dalidag.az

Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.30 saylı Dissertasiya şurasının iclası keçirilib. Dalidag.az tarixinstitutu.azsaytına istinadla xəbər verir ki, Ramiz Hüseyn oğlu Nəcəflinin 5509.01-Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları ixtisası üzrə tarix elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin materialları Azərbaycan tarixinin öyrənmək üçün mənbə

Azərbaycan hərbi qulluqçusu Kəlbəcərdə minaya düşüb. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, mayın 29-da saat 10:10 radələrində Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin əraziləri mina və partlamamış döyüş sursatlarından təmizləməsi zamanı hərbi qulluqçumuz Xudaverdi Həsən oğlu Sadıqov ermənilər tərəfindən basdırılmış piyada əleyhinə minaya düşərək sol ayağından xəsarət alıb.

Kəlbəcər rayon İcra Hakimiyyətində 28 may - Müstəqillik Günü qeyd edilib. Dalidag.az xəbər verir ki, tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov,, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Kəlbəcər RİH-nin inzibati binasındakı büstü önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla

Əlövsət Misiroğlu Bu gün kəlbəcərli şair Əlövsət Misir oğlunun doğum günüdür. Yaşasaydı 75 illik yubileyini qeyd edəcəkdi. Təəssüf ki, bu gün cismani yoxluğu ilə ürəkləri yandıran şairi ruhuna salamlar göndərməklə yad edirik. Neçə-neçə nisgilli yurddaşımız kimi Ə.Misiroğlu da Kəlbəcər həsrəti ilə 2015-ci il yanvar ayının 22-də bu dünyayadan köç etdi. Könlünün qubarını, ürəyinin yarasını yurdunun azadlığı ovudardı, məlhəm olardı dərdlərinə. Nə yazıq ki, o günü görmək nəsibi olmadı Əlövsət

Kəlbəcərdən olan məcburi köçkün Ayan Hüseynli ABŞ-ın nüfuzlu “The New School” Universitetində Beynəlxalq Əlaqələr üzrə magistr təhsilini uğurla başa vuraraq universitetin 2025-ci il üzrə rəsmi siması seçilib. Bu nailiyyət onu yalnız təhsil uğurlarına görə deyil, həm də güclü həyat hekayəsinə görə fərqləndirib. Dalidag.az bildirir ki, Ayan Hüseynli Kəlbəcər rayonundan məcburi köçkün düşmüş ailənin övladıdır. O, gənc yaşlarından beynəlxalq əlaqələr və humanitar dəyərlərə maraq göstərib. Orta

Elnur Vaqif oğlu Çıraqov Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin üzvü təyin edilib. Dalidag.az xəbər verir ki, bununla bağlı Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Elnur Çıraqov STM-in idarə heyətinin üzvü təyin olunub. Qeyd edək ki, müxtəlif analitik təhlillərin, elmi araşdırmaların və məqalələrin müəllifi olan Elnur Çıraqov əslən Kəlbəcərdəndir. O 1987-ci ildə Kəlbəcər rayonunda anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində

Şəhid polkovnik-leytenant, Ağır Artilleriya Briqadasının qərargah rəisi Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib. Dalidag.az -ın musavat.com-a istinadla məlumatına görə, Səlbi Cəfərlinin ölümünə səbəb kəskin böyrək çatışmazlığı olub. Həkimlər 13 yaşlı şəhid övladının həyatını xilas edə bilməyib. Qeyd edək ki, Zaur Hüseyn oğlu Cəfərov 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində ziyalı bir ailədə dünyaya göz açıb Polkovnik-leytenant 2020-ci il oktyabrın 9-dan

Kəlbəcərdə avtomobil aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Dalidag.az xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb. "Niva" markalı minik maşını idarəetmədən çıxaraq çaya aşıb. Qəza anında avtomobillə birlikdə çaya düşən sürücü Bakı şəhərində yaşayan, əslən Kəlbəcər rayonundan olan 1985-ci il təvəllüdlü Namiq Mamedov müxtəlif bədən xəsarətləri alıb. O Gəncədəki xəstəxanalardan birinə çatdırılıb, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.
Yazı axını