Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun və Murovdağ tunelinin inşasını sürətlə davam etdirir. Dalidag.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Bildirilir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 82 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu yoludur. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən yolun layihə uzunluğu Toğanalı-Kəlbəcər 56 km,

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı 11 Aprel 2023-cü il tarixində "Prezident İlham Əliyev - xalqın sevgisini qazanan Lider" mövzusunda tədbir keçirdi. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, xalqımız 2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərində də Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, əmin-amanlığa, tərəqqiyə və quruculuğa səs verdi. Bir ölkənin Prezidenti, bir xalqın lideri olmaq böyük şərəfdir. Lakin xalqın

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Kəlbəcər və Laçın yaylaqlarına köçlə bağlı məlumat yayıb. Dalidag.az həmin məlumatı təqdim edir: Laçın və Kəlbəcər rayonlarına köç Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarının fermerləri üçün nəzərdə tutulmuşdur. Köç portal vasitəsilə (koc.eagro.az) həyata keçiriləcəkdir. Arı ailəsinin sayı - 40 və daha artıq. Xırdabuynuzlu heyvanların sayı - 200 baş və daha artıq. Köç edəcək arı ailələri identifikasiya nömrəli və EKTİS-də qeydiyyatda olmalıdır. Köç

Birinci Qarabağ müharibəsi şəhidi, tabor komandiri Baş leytenant Mahir Quliyevin Şəhidlər Xiyabanındakı məzarı başında anım mərasimi keçirilib. Dalidag.az xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, Millət vəkili Aqil Məmmədov, Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, digər ziyalılar, mətbuat işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk öncə Şəhidin ruhuna dualar oxunub və şəhidlərimizin əziz

Ağdaban faciəsinin 31-ci ildönümü qeyd edilib. Dalidag.az -ın xəbərinə görə, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və hadisə şahidləri iştirak edib. Əvvəlcə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olan, vətən övladlarının, faciə

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bərdə şəhərində, Bərdə Regional Mədəniyyət İdarəsinin inzibati binasında, həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirmişdir. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Az ər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti

Aprelin 8-də ötən əsrin ən dəhşətli cinayətlərindən biri - Ağdaban soyqırımının ildönümüdür. Dalidag.az bildirir ki, Moderator.az-ın əməkdaşı bu münasibətlə soyqırımda bir neçə yaxın qohumunu itirmiş rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovla görüşüb və fürsətdən istifadə edərək ondan bir neçə suala cavab alıb. -Cavid müəlim, Ağdaban soyqırımının növbəti ildönümünə sayılı günlər qaldı. Amma bu günədək heç bir yerdə rast gəlmədik və mediada da eşitmədik ki, həmin qətliamın

Bu gün Vətən müharibəsi şəhidi əslən Kəlbəcər rayonundan olan Mirzə Xəlifə oğlu Hüseynovun doğum günüdür. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və əməkdaşları Göygöl rayonun Şəhidlər xiyabanında Mirzə Xəlifə oğlu Hüseynovun məzarın ziyarət edib, ruhuna dualar oxuyublar. Qeyd edək ki, Mirzə Xəlifə oğlu Hüseynov 3 aprel 1991-ci ildə Göygöl rayonunun Çaykənd kəndinə dünyaya gəlmişdir. 4 ildir ki, müddətdən artıq hərbi xidmətdə idi. Müharibə başlayandan ön cəbhədə vuruşmuşdur. Sonuncu

Namiq DƏLİDAĞLI Yaşamadığımız acı, çəkmədiyimiz əzab qalmadı xalq olaraq. Keçmişimizi boyayan qan izləri, təqvimdən boylanan işğal, soyqırım tarixləri yaşadıqlarımızın yaddaşa köçən, tarixə çevrilən ən ağrılı səhifəsidi. Son 30 ildə ağrılarımız, göynəyimiz, ərşə çatan ahlarımız yüz illərdi çəkdiyimiz əzabları unutdurdu az qala. Qarabağımızın, ətraf rayonların işğalı dərdlərimizi təzələdi, yaralarımızı qanatdı. Uzun çəkdi həsrətimiz, amma sonunda Qələbə, azadlıq sevincini yaşaya bildik. Şanlı

Kəlbəcər rayonun işğalının 30-cu ildönümü qeyd edilib. Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Əvvəlcə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olan, vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,
Yazı axını