Bakı şəhəri Binəqədi rayonundakı 283 nömrəli tam orta məktəbdə 5-7-ci sinif şagirdləri arasında respublika üzrə keçirilən "AlPLogo - 2023" proqramlaşdırma olimpiadası və "Ən yaxşı üçölçülü model" müsabiqəsinin qaliblərinin mükafatlandırmasına həsr olunmuş tədbir keçirilib. Olimpiada qaliblərinə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Diplomu və hədiyyələr təqdim edilib. Qeyd edək ki, birinci yer tutan şagirdlər arasında əslən Kəlbəcərdən olan, Sumqayıt məktəblisi Onur Mehdili də

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bakı şəhəri, Suraxanı rayonu, Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci

Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının üç əməkdaşına Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının Müharibə Veteranı” vəsiqəsi təqdim edilib. Dalidag.az xəbər verir ki, bu barədə Kəlbəcər rayon İcra Hakimiyyətindən bildirilib. Müharibə veteranı olan əməkdaşların adlarını təqdim edirik: 1.Məmmədzadə Taleh Əli oğlu 2.Bəşirov Elnur Zakir oğlu 3.Zamanlı İntiqam İlqar oğlu Dalidag.az

Milli Məclisin deputatı Aqil Məmmədov Bərdə rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər rayon Çovdar və Şahkərəm kənd ağsaqqalları, ziyalılar və bir qrup sakinləri ilə görüşüb. Görüşdə Millət vəkili Aqil Məmmədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramında bəhs edib. Bildirib ki, hal - hazırda Qarabağda, o cümlədən Kəlbəcər rayonunda sürətli yenidənqurma, bərpa işləri həyata keçirilir. May ayının 27-də möhtərəm prezidentimizin

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin tapşırığına uyğun olaraq Kəlbəcər RİH-in məsul əməkdaşları Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhadətə ucalmış şəhidlərimizin ailələrini ziyarət ediblər. Dalidag.az -ın xəbərinə görə, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Əhmədova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Oruczadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Kəlbəcər rayonu üzrə dini ayinlərin

İyunun 5-i saat 22:50-dən iyunun 6-sı saat 04:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan bütün

Kəlbəcərli şəhidlər Arif Əliyevin və Eldəniz Verdiyevin ildönümü mərasimi keçirilib. Dalidag.az -ın xəbərinə görə, şəhidlərin ildönümü mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik-leytenant Nazim Çələbiyev, RİH-in məsul əməkdaşları, idarə , müəssisə rəhbərləri, şəhidlərin doğmaları iştirak edib. Hər iki şəhidin məzarı ziyarət edilərək, məzarları üstünə gül dəstələri

Fizika, riyaziyyat, və informatika təmayüllü Respublika liseyinin şagirdi Ayxan Kazımlı 2023-cü il üzrə seçim prossesindən uğurla keçərək, UWC Azərbaycan Milli Komitəsinin etimadını qazanıb. Ayxan Milli Komitənin təqdimatı əsasında Çində yerləşən UWC Changshu China Kollecində 2023-2025-ci illərdə tam təqaüdlə təhsil alacaqdır. Dalidag.az xəbər verir ki, bu barədə Ayxanın təhsil aldığı Fizika, riyaziyyat, və informatika təmayüllü Respublika liseyi məlumat yayıb: "Məktəbinin əlaçısı olan Ayxan

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Ağdaş rayonu, Yenikənd kəndi,Yenikənd kənd tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, İdarə-müəssisə rəhbərləri, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəhmən Vətənoğlunun yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib. YAP Kəlbəcər rayon təşkilatının, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin və Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayonu üzrə mədəniyyət nümayəndəliyinin birgə təşkilatçılığı ilə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər rayon Mədəniyyət sarayında baş tutan ədəbi-bədii gecədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini, “Aşıq
Yazı axını