Bu gün Bərdə rayonunun Yeni Əyricə kəndində Kəlbəcər rayon sakini Vətən Müharibəsi Şəhidi İlyasov Bəhrəm Nizam oğlunun anım günü qeyd olunub. Dalidag.az xəbər verir ki, anım mərasimində Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fərqanə Əhmədova, Milli Məclisin deputatı Aqil Məmmədovun köməkçisi Zahir Əliyev, Kəlbəcər rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Eldəniz Mamedov, ictimaiyyət nümayəndələri,

Bu gün YAP Kəlbəcər rayon təşkilatı Gəncə şəhər Heydər Əliyev Mərkəzində 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə bağlı “Qalib xalqın müzəffər Prezidenti İlham Əliyev” mövzusunda konfrans keçirilib. Dalidag.az xəbər verir ki, konfransda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri,

Bu gün onun doğum günüdür, Vətənini, Kəlbəcərini canı qədər sevən, xalqına, dövlətinə sadiq, elinə-obasına bağlı Eldar Həsənovun. Təəssüf ki, artıq 3 ildir elimizin dəyərli oğlu, əsl ziyalı E.Həsənov doğum gününü həbsxanada qarşılayır... İllərlə ürəyində Kəlbəcər həsrəti qövr edən E.Həsənov hələ də azad Kəlbəcərinə qovuşmaq diləyinə çatmayıb. İndi Kəlbəcərə gedən bütün yollar açılıb. Bircə E.Həsənovun azadlığa çıxıb o yollarla doğma yurduna getməsi arzusu gerçəkləşməyib. İnanırıq ki, yaxın

Oktyabrın 8-i saat 12:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Azərbaycan Ordusunun Kəlbəcər rayonu Qılınclı dağı istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən aşkar olunan kvadrakopter xüsusi texniki vasitələrlə zərərsizləşdirilib. Dalidag.az

Milli Məclisin deputatı Aqil Məmmədovun köməkçisi Zahir Əliyev, Kəlbəcər rayon 4 saylı körpələr evi - uşaq bağçasının 9-cu qrupunun körpələri və tərbiyəçi - müəllim Nərmin Səfərova 5 oktyabr-Beynəlxalq müəllimlər günü münasibətilə Vətən müharibəsi qəhrəmanı Anar Əliyevin müəllim valideynləri Vaqif Əliyev və Səkinə Əliyevanı, həmçinin Vətən müharibəsi şəhidi İsmayıl Qabilovun müəllim olan həyat yoldaşı Nəsibə Qabilovanı evində ziyarət ediblər. Ziyarətçilər şəhidlərimizin xatirəsini ehtiramla yad

Oktyabrın 5-i saat 14:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri şəxsi heyət və texnika sarıdan itki verməyib.

İşğaldan azad olunan digər torpaqlarımız kimi Kəlbəcərdə də quruculuq-abadlıq işləri aparılır. Kəlbəcərin baş planı hazırdır. Dalidag.az xəbər verir ki, Kəlbəcərin baş planı bölgənin iqlimi, özünəməxsusluğu, coğrafi şəraiti və tarixi nəzərə alınmaqla hazırlanıb. Evlərin görünüşü şəhərin dağ silsiləsi, sərt relyefi ilə harmoniya təşkil edəcək. Ətraflı videosujetdə: ]

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH-in məsul əməkdaşları Vətən müharibəsi şəhidi Məhərəmli Fuad Füzuli oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb. Görüşdə Vətən müharibəsi şəhidi Məhərrəmli Fuadın şərəfli döyüş yolundan söhbət açılıb,onun və digər şəhidlərimizin əziz xatirəsinin daima xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb. İcra başçısı Azər Qocayev 30 ildən sonra

Oktyabrın 2-si saat 17:20-dən 18:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, qeyd olunan istiqamətdə yerləşən mövqelərimizin üzərinə döyüş kvadrokopterləri vasitəsilə əldəqayırma partlayıcı

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bakı şəhəri, Suraxanı rayonu, Kəlbəcər rayon 12 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə
Yazı axını