Vazgen, sənə salam düşmədiyi üçün, birbaşa mətləbə keçirəm. Yəqin ki, atan Coanşirin (Cavanşir) bizim evin barısını çəkdiyini xatırlayırsan. Atan səni tula kimi yanına salıb bizə gətirmişdi. Söhbət 70-ci illərin ortalarından gedir. İndi atan ölüb - qalıb bilmirəm, onsuz da sizin ölünüzə də, dirinizə də lənət düşür. Sənin 7-8 yaşın olardı. İraq üzümdən, məndən 3-4 yaş böyük idin, atan evimizin barısını çəkib qurtarana qədər, 2-3 ay bizdə qaldın. Bu müddət ərzində Kəlbəcərin yağ - balı ilə

İnsan Vətəni, doğulduğu yurd yeri ilə bütün olur, tam olur. Kim olursa olsun, harda olursa olsun, vətəndəki qədər özü ola bilmir insan. İndi əl çatmayan o qədər yurd yerlərimiz var ki, bürünüb həsrətinə için-için göynəyirik.Təqvimdə ağrı adlı aylar, günlər sıralanır, ildönümlər, anımlar utancverici qara rəngiylə ömrümüzdən ömür alır. Torpağın oyandığı, təbiətin bir özgə gözəlliyə qucaq açdığı baharın gəlişi baxışı yollar çəkən, üzü dağlara adamların- məcburi köçkün adıyla kiçilən yurd aclarının

Bütün ağrılara bir təsəlli, bir məlhəm tapmaq olar bəlkə də. Bütün itkilərin bir ovunmaq nöqtəsi, əvəzlənməsi mümkün olmasa da, bir tutunma səbəbi olar. Bir tək torpaq ağrısı, yurd-yuva itkisi heç bir təsəlliylə ovunmaz, heç bir məlhəm sağaltmaz bu yaranı. Tez-tez düşündüyüm, özümə sual verdiyim bir məqam var. Əslən işğal olunmuş torpaqlardan olub, hansısa səbəbdən ölkədən xaricdə yaşamaq məcburiyyətində qalan soydaşlarımızın yurd ağrısı nə rəngdədi? Görəsən qürbətdə yaşayanlar daha çox

Vətən onu qoruyan, uğrunda can verən qəhrəman oğullarının sayəsində var olub, var və var olacaq. Xalqımız qəhrəman xalqdır deyimi zamanla tarixin yaddaş səhifələrində özünü doğruldub. Qarabağ müharibəsi başayandan şücaəti, igidliyi ilə xalqın qəhrəmanına çevrilən, son damla qanınadək vətən uğrunda vuruşan, şəhidlik zirvəsinə ucalan yüzlərlə oğullar əməlləri ilə sübut etdilər ki, həqiqətən də torpaq uğrunda ölən varsa. Vətəndir. Şərəf və qürur ünvanımız olan igid şəhidlərimizdən biri də Ülfət

“Samur” qəzetinin redaktoru Sədaqət Kərimovaya məktub Ey mənim 43 illik dostum! Birdən fikirləşdim ki, sənə bir məktub yazım. Bu məktubda 1977-ci ildən 1993-cü ilə qədər Kəlbəcərin gözəlliklərindən, bizim o gözəl diyarda görüşdüyün saf insanlardan, yazdığın yazıların bəzisini yada salım. 1977-ci ildə “Sovet kəndi” qəzetinin əməkdaşı kimi Kəlbəcər rayonuna ezamiyyətə gəlmişdin. Mən də keçmiş rayon partiya komitəsinin katibi işləyirdim. Odur ki, bilavasitə bizim əlaqəmiz belə yarandı. Kəlbəcərlə

Bu gün Kəlbəcərimizin vətənpərvər oğlu, bütün varlığıyla doğulduğu yurd-yuvaya bağlı olan, dostcanlı, millətini sevən həkim-şair Zöhrab Şirinovun doğum günüdür. Sayılıb-seçilən bir şəcərənin davamçısı olan Z.Şirinov ömrünün 50 — ci baharını tamamlayır. Gözəlliklər yurdu, əsrarəngizliyi ilə dünyaya meydan oxuyan yurd yerindən- Kəlbəcərdən ayrılanda 24 yaşı vardı… Kəlbəcərsiz keçən illəri ömürdən saymır, oralara dönəndə 24 yaşımdan başlayacam yaşamağa deyir. 50-dən 26-ı çıxmaq «məcburiyyətində»

Bu gün görkəmli saz-söz ustadı Dədə Şəmşirin dünyaya göz açdığı gündü. Dədə aşığın məzarı indi yağı əlində yağmalanan Kəlbəcərdədi. Torpaqlarımızın düşməndən azad ediləcəyi gün həm də Dədə aşığın didərgin ruhunun rahatlıq tapacağı gün olacaq. O gün qismətimiz olsun. Türk dünyasının saz tutub, söz qoşan, ana yurdu qarış-qarış gəzib elin sevincini, kədərini Vətənin bir başından digər başına car çəkən, ağır məclislər, yığnaqlar, toylar-düyünlər yola salan, xalq həyatının güzgüsü olan dədə

Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarında yerləşir. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Dalidag.az -ın məlumatına görə İstisuda müalicə-istirahət zonasının yaranması Sovet hakimiyyəti qurulduqdan sonra 1925-ci ildən Azərbaycan hökumətinin diqqət mərkəzində olmuşdur. Kəlbəcərdəki İstisuyun kimyəvi analizi

Kəlbəcər rayonunda olan dağ qalaları içərisində ən əzəmətlisi Lev qalasıdır. Dalidag.az -ın məlumatına görə Qala Qanlıkənd kəndi ərazisində Lev çayının sağ sahilindən 600 metrə yaxın məsafədə meşəli uca dağ belində salınmışdır. Üç tərəfdən sıldırım qaya və uçurumlarla əhatə olunmuş qalanın uzunsov, dağ relyefinə uyğun mürəkkəb plan quruluşu var. Yalnız şimal-qərb tərəfdəki dar cığırla qalanın şimal-şərq ucundakı tək giriş qapısına qalxmaq olur. Qalanın içərisinin uzunluğu 90 metrə yaxın, eni

Kəlbəcər rayonu Kiçik Qafqazın mərkəzi hissəsində yerləşir. Sahəsi 3050 km2 olan rayonun mərkəzi Kəlbəcər şəhəridir. 2 aprel 1993-cü il tarixindən rayon erməni işğalı altındadır. Dalidag.az bildirir ki, rayona Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və Zivel, Keşdək, Nadirxanlı, Taxtabaşı, Həsənriz, Qozlu, Qozlu Körpü, Narınclar, Çərəktar, Lev, Abdullauşağı, Qaraçanlı, Ağyataq, Fətalılar, Mozkənd, Ağdaban, Çayqovuşan, Ağcakənd, Oruclu, Zağalar, Təzəkənd, Yenikənd, Əli Bayramlı, Vəzirxana, Almalıq,
Yazı axını