Artıq altı ildir erməni girovluğunda olan kəlbəcərli Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna müraciət edib. Dalidag.az xəbər verir ki, K. Əsgərov müraciətində bildirib: “Polad Bülbüloğlu, şərait yarat, mən də atamı ziyarətə gedim. Necə olur, sən səfirliyin pulu ilə erməniyə bilet alıb Bakıya gətizdirərək anasının qəbrini ziyarət etdirirsən, ermənidən qabaq anasının qəbri tapılaraq təmizlənib üzərinə güllər qoyulur, erməninin Bakıda restoranda 3

Dostlar, son bir neçə ildə bir neçə özəl telekanal adlandırılan kanallardan Azərbaycan dilində bəlkə də, bəşər tarixinin başlanğıcından çağdaş günümüzədək cəmiyyət içində dilə gətiriləsi mümkün olmayan söyüşləri sanki anasının südüylə qazanmış bəzi zatlar millətin üzünə üfürə-üfürə üfunət püskürdülür. Milli-mənəvi dəyərlərimizə tüpürərək, ailə-məişət, ağsaqqal-qarasaqqal meyarlarını ayaqlar altına alıb idbar söyüş-təhqir ritorikasını sanki milli mentalitet səviyyəsinə qaldıran bu tiplər

Kəlbəcər rayonundan seçilmiş Milli Məclisin deputatı Aqil Məmmədov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı vəzifəsini müvəqqəti icra edən Eldəniz Mehtiyev koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən “sosial izolyasiya” tədbirlərinə riayət etmək şərti ilə qəzalı vəziyyətdə olan Şəmkir rayon 107 saylı Texniki Peşə məktəbində məskunlaşmış kəlbəcərli məcburi köçkünlərin istəyi ilə adı çəkilən ünvanda olublar. Dalidag.az xəbər verir ki, köçkünlər məskunlaşdıqları

Məlum olduğu kimi Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli açıqlamalar verib. Rusiyanın baş diplomatı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli gözlənilir. Lavrov qeyd edib ki, ilk mərhələdə ən aktual məsələlərin – Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad olunması və kommunikasiya, nəqliyyat və iqtisadi əlaqələrin bərpası və s. nəzərdə tutulur. Dalidag.az -ın məlumatına görə, Milli Məclisdə işğal olunmuş Kəlbəcər rayonunu

Hər misrasında Kəlbəcər göynəyi, hər yazısında yurd həsrəti... Qürbət elin soyuqluğuna isinə bilmir ürəyi, ruhu Kəlbəcərsizlik ağrısıyla inləyir. İkiqat həsrətini ovuda biləcək Qələbə sorağındadı ürəyi , xəyal-xəyal dolaşır göylərin dua məqamında. Ağrılarını sözə çəkir, misralara sərir, bənd-bənd təsəlli edir özünə. Kövrək qəlblidi, səmimiyyətin gözyaşardıcı ucalıq məqamındadı böyüklüyü ilə. Qürbətdə keçirdiyi neçənci doğum günüdü bilmirəm, ancaq 27 ildi Kəlbəcərsizdi... Bu gün könlünü sözə

Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Rayon zəngin flora və faunaya malik təbiət muzeyidir. Kəlbəcər inzibati rayon kimi 8 avqust 1930-cu ildə yaradılmışdır. Ərazisi 3054 kvadrat kilometrdir. Rayona bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu) və 128 kənd daxildir. Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Şərgi Göyçəgölü, Göyçənin Mıxtökən, Qarabağ yaylasının bir hissəsi Kəlbəcərin təbii sərhədləri tərkibindədir. Ən yüksək

Qalib Məhəmməd oğlu Hacıyevin son mənzilinə ünvanlı elegiya… Dərd heç də kəlbəcərlilərin daha bir sevimli, tanınmış, sayılıb-seçilən nəslin ziyalısını itirmək deyil. Buna öyrəşmişik - 27 ildir ki, itiririk - torpaq kimi. Dərd odur ki, onun YAS yerinə gedə, doyunca ağlaya bilmir qız-gəlinlərimiz! Yamanca çətin günlər yazılıb taleyimizə, bəxtimizə! Kəlbəcər kimi bir cənnətdən qovulub, zülm-zillətlə yenidən həyat bərpa etdiyimiz günlərdə göylərimizi qara bulud alıb! Builki Novruz bayramı da

Ustad oğlu şəyird olmaz: Asif Əlişoğlu da bu müqəddəs yolu davam etdirir. Mən Kəlbəcərin dünəni ilə nəfəs alanlardan, bugünün ağrı-acılarına birtəhər tablaşıb özünə çörək qazanan kəlbəcərlilərin könül dünyalarının qapısını vaxtlı-vaxtsız döymüşəm, həmişə də qapısını açanın gülər üzünü görmüşəm. Belə kəlbəcərli ailələri barmaqla saymamışam. Tanıyanların mənə səmimiyyətindən başgicəllənməsi tapmamışam, əksinə, onlara qələmimlə, kəlməmlə, ürəyimlə xidmət etməyi özümə borc bilmişəm. İstedadlılar

Qalib Məmməd oğlu Hacıyev 04 sentyabr 1957-ci ildə Kəlbəcər rayonunda həkim ailəsində anadan olmuşdur. 1974-cü ildə Kəlbəcər şəhər 2 saylı orta məktəbi qızıl medalla bitirmişdir.1975-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuş,1980-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir.Elə həmin ildən təyinatla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzin göndərilmiş, 1980-ci ildən 2000-ci ilədək həmin Mərkəzdə müxtəlif vəzifələrdə

Bu gün Azərbaycan Respublikasının Slovakiya Respublikasında fəxri konsulu vətənimizin dəyərli ziyalısı, görkəmli alim Qasımov Cəlal Cəlil oğlunun doğum günüdür. Uca Allahdan can saqlığı, aılə xöşbəxtçiliyi və şərəfli peşəsində uğurlar diləyirik. Qasımov Cəlal Cəlil oğlunun 1952- ci ildə, aprel ayının 16-da Kəlbəcər rayonunun Kəbəcər şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1959-cu ildə Kəlbəcər şəhər orta məktəbinə daxil olan Calal Cəlil oğlu, həmin orta məktəbi 1969-cu ildə qurtarmışdır. O,
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
 
 
11-01-2025 22:14