Reklam

Dədə Şəmşirin qızı vəfat etdi- ŞƏKİL
17-02-2020 12:51

Dalidag.az xəbər verir ki, ustad aşığın qız övladı Yaxşı xanım vəfat edib. Daha bir kəlbəcərli Kəlbəcər həsrətiylə, ürəyi yurd qubarlı, torpaq nisgilli köç etdi bu dünyadan. Allah rəhmət eləsin!
Qeyd edək ki, Dədə Şəmşirin 5 oğul, 5 qız övladı olub. Ustadın Əkbər adlı oğlu çox gənc yaşlarında dünyasını dəyişib. Ələsgər adlı oğlu da haqq dünyasına qovuşub. Çimnaz adlı qızı isə 1990-cı ildə Tərtər- Kəlbəcər yolu ilə hərəkət edən, içərisində Milli Qəhrəman Şahlar Şükürovun da olduğu maşın karvanı Ağdərə ərazisindən keçərkən erməni vandallarının qəfil hücumu ilə qarşılaşmış və qətlə yetirilmişdir. Oğlanlarından biri, aşıq sənətinin dərin biliçisi şair, Qurbanov Şabər Şəmşir oğlu 04.01.2016 -cı il tarixində yaşadığı Tərtər rayonun Sarov kəndində dünyasını dəyişib.
Xatırladaq ki, ustad sənətkarın mənəvi övladları- külliyatı Ağdabanın erməni qəsbkarları tərəfindən işğalı zamanı məhv edilmişdir. İndi sızım-sızım sızıldayan məzarı da lənətəgəlmişlərin tapdağına məruz qalıb.
İnanırıq ki, tezliklə Ağdabana dönüb Dədə Şəmşirin məzarını ziyarət etmək nəsibimiz olacaq. O zaman ustadın, şəhidlərimizin, Yaxşı nənənin və qəribçilikdə dünyasını dəyişən bütün insanlarımızın ruhunu şad etmiş olarıq.
Dalidag.az




Yazı axını
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
