Reklam
Aprel döyüşçümüz son mənzilə belə yola salındı - Video
11-02-2020 14:38
Hazırda Aprel döyüşlərinin iştirakçısı, mərhum qazi Qoşqar Hacıyevlə vida mərasimi keçirilir.Heydər Əliyev Məscidində baş tutan mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, deputatlar, şəhid ailələri, qazilər və ölkənin tanınan şəxsləri iştirak edir.
Mərhum Qoşqar Hacıyevlə vida mərasimi saat 15.00-da başa çatacaq.
Qeyd edək ki, qəhrəman döyüşçü, mərhum qazi Qoşqar Hacıyev fevralın 10-da gecə saatlarında "Ege hospital"da dünyasını dəyişib.
***
Heydər Əliyev Məscidində Qoşqar Hacıyevlə vida mərasimindən sonra şəhidin nəşi Xırdalan qəbiristanlığında dəfn olunmaq üçün oradan götürülüb.
Şəhidin dostları və silahdaşları dəfnə Azərbaycan bayraqları və Qoşqar Hacıyevin şəkilləri ilə bəzədilmiş 150-yə yaxın avtomobillə gedib.
Yol boyu bir-birini izləyən avtomobillərin hamısından üç rəngli Azərbaycan bayrağı dalğalandırılıb.
Dalidag.az

Kateqoriya: Karusel / Qarabağ
Tarix: 11-02-2020 14:38
Baxış sayı: 4647Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























