Reklam
Aqil Məmmədov "Qırmızı kənd"də kəlbəcərlilərlə görüşdü- ŞƏKİLLƏR
07-02-2020 10:54
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Məmmədov Aqil Sadiq oğlu növbəti təbliğat kampaniyasını Gəncə şəhəri Qırmızı kənd ərazisində məkunlaşan məcburi köçkünlərlə davam etdirmişdir. Əhalinin pərakəndə şəkildə məskunlaşmasına baxmayaraq sakinləri Yeni Azərbaycan Partiyasının namizədinin təbliğat kompaniyasına böyük həvəslə qatılmışdır. Görüşdə çıxış edən Aqil Məmmədov bir daha vurğulayıb ki, seçkilərə Yeni Azərbaycan Partiyası daha güclü Azərbaycan naminə şüarı ilə qoşulub. Yeni Azərbaycan Partiyasının ölkəmizdəki mövqeyindən və rolundan söz açan Aqil Məmmədov Partiyanın sədri ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha da inkişaf etdiyini bildirərək nəyinki, regionda dünyada hörmət və nüfuz sahibi olan bir ölkəyə çevrildiyini qeyd etmişdir.Bu seçkilərin ölkəmizdə mühüm siyasi bir hadisə olduğunu bir daha söyləyən Aqil Məmmədov seçkilərin şəfaf və demokratik keçməsi üçün hər bir seçicini sandıq başına səsləyərək, hər bir kəlbəcərlinin seçkilərdə fəal iştirak etməyə çağırıb. O bildirib ki, seçiciləri əgər ona etimad göstərib səs verib millət vəkili seçilərsə kəlbəcərlilərin Milli Məclisdə haqq səsi olacaq, daima onların yanında olub onları narahat edən problemlərin həllinə çalışacaqdır. Aqil Məmmədov hər bir seçicinin deputatı olacağını və hər an onların mənafeyini müdafiə edəcəynə əminliyini ifadə etmişdir. Görüşdə iştirak edən sakinlər çıxış edərək, Aqil Məmmədovun namizədlyini alqışlayaraq Parlament seçkilərində fəal iştirak edəcəklərini, birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədi olan Aqil Məmmədova səs verəcəklərinə söz verdilər.
Dalidag.az













Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 07-02-2020 10:54
Baxış sayı: 3986Yazı axını
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
16 / 01 / 2026
Ən çox oxunanlar







.jpg)




















