Reklam
![](/templates/Delidag25/images/rek.gif)
Uğursuz “Murovdağ” əməliyyatının daha bir qurbanı - Mirzəli Mehdiyev - FOTO
08-02-2025 11:22
![](/uploads/posts/2025-02/1738999567_seh-22.jpg)
1988-ci ildə “Bakı Baza Energetika Texnikumu”na qəbul olub.
1992-ci ildə həmin təhsil ocağını bitirib.
1992- ci ilin noyabır ayında ailə həyatı qurur. Ailə həyatı qurduqdan iki ay sonra, 1993- cü ilin fevral ayında könüllü olaraq,
701 saylı hərbi hissənin 3-cü taboruna (“Kəlbəcər Batalyonu”) yazılıb. Kəlbəcər, Ağdərə uğurunda gedən döyüşlərə qatılıb.Ağdərə və Çərəkdar uğrunda gedən döyüşlərdə bir həftədən artıq düşmən mühasirəsində qalıb.
Bu döyüşlərdə düşmənə ağır zərbələr vurulub. Düşmənin həm canlı qüvvəsi, həm də xeyli sayda hərbi texnikası sıradan çıxarılıb.
1993-cü ilin dekabrında hərbi hissənin apardığı çox çətin və əfsanəyə çevrilmiş Murovdağ döyüşlərində iştirak edib.
Mirzəli xidmət etdiyi taborla qışda qarla örtülmüş, keçilməsi çox çətin olan Murovdağ silsiləsini aşaraq Kəlbəcərin 20-dək kəndinin azad edilməsində fədakarlıq göstərib.
Mirzəli Mehdiyevin 8 fevral 1994-cü ildə “Kəlbəcər taboru”nun ilk zabitlərindən olan, 701 saylı hərbi hissənin 3-cü taborunun komandiri Feyruz Alışov, Xalid Hümbətov, Şahin Süleymanov və digər döyüşçü yoldaşları ilə birlikdə 11 nəfərlik şəxsi heyətlə “Murovdağ” əməliyyatı zamanı itkin düşüb.
Tacəddin adında bir övladı var.
Onu da qeyd edək ki, Mirzəli Mehdiyevin atası Yahya Mehdiyev kəlbəcərlilərin yaxından tanıdığı el ağsaqqallarından olub.O,Kəlbəcərin mühasirə illərində 366 şəhidin cəsədini İslam qanunları ilə yuyub, kəfənə bükmüş, eyni zamada üzərlərində olan əşyalarla birlikdə ailələrinə göndərərək ağır bir missiyanı təmənnasız yerinə yetirmişdir.
Samir Mustafayev
![](https://kanal32.az/wp-content/uploads/2025/02/received_580359651666309-683x1024.jpeg)
![](https://kanal32.az/wp-content/uploads/2025/02/received_985454586344781-513x1024.jpeg)
![](https://kanal32.az/wp-content/uploads/2025/02/received_923853656532588-683x1024.jpeg)
![](/templates/Delidag25/images/kat.png)
![](/templates/Delidag25/images/bol.png)
![](/templates/Delidag25/images/goz.png)
Yazı axını
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
30 / 01 / 2025
28 / 01 / 2025
28 / 01 / 2025
27 / 01 / 2025
26 / 01 / 2025
25 / 01 / 2025
Ən çox oxunanlar