Reklam
Tanınmış iş adamından Əziz Qənbərova DƏSTƏK
31-01-2020 10:14
Ziyalıların 123 saylı Kəlbəcər Seçki Dairəsindən bitərəf namizəd kimi qeydə alınmış, tanınmış vəkil Əziz Qənbərova dəstəkləri davam edir. Növbəti dəstək əslən Kəlbəcərdən olan, xarici ölkələrdə Azərbaycan dövlətini layiqincə təmsil edən, tanınmış iş adamı, Qarabağ sevdalısı Fəxrəddin Zülfəli oğlu Hüseynov tərəfindən verilmişdir. O, onu tanıyan bütün Kəlbəcərlilərə müraciət edərək 9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində Əziz Qənbərova səs verməyə dəvət edib. O Əziz Qənbərovu dəstəkləmə səbəbini belə izah etmişdir:
-ƏZİZ QƏNBƏROV dövlətimizin son zamanlar həyata keçirdiyi islahatlara dəstək olacaq layiqli namizəddir;
-ƏZİZ QƏNBƏROV hüquqşünas ixtisasını fərqlənmə diplomu ilə bitirib, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Qanunları mükəmməl bilir. Milli Məclisdə xalqımızın xeyrinə qanunlar qəbul edilməsinə töhvə verəcək layiqli nazmizəddir;
-ƏZİZ QƏNBƏROV gəncdir, bu gün dövlətimizin belə vətənpərvər və savadlı gəncə ehtiyacı var;
-ƏZİZ QƏNBƏROV hansı peşədə çalışmasından aslı olmayaraq Kəlbəcərin, Qarabağın və işğal edilmiş digər rayonların işğaldan tezliklə azad olunması uğurunda həmişə fədəkarlıq edir;
-ƏZİZ QƏNBƏROV xalqına, dövlətinə və dövlətçiliyinə sadiq vətəndaşdır;
-ƏZİZ QƏNBƏROV müstəqil fikirli gəncdir;
Fəxrəddin Hüseynov seçicilərə əlavə müraciət edərək seçkidə fəal olmalarını da xahiş edib. O qeyd edib ki, hər bir kəs seçki məntəqəsinə gedərək özləri seçdikləri layiqli namizədə səs verməlidir ki, səsləri oğurlanmasın. Əks halda keçirilən seçkilər dövlətimizə və xalqımıza heç bir fayda verməyəcəkdir, sitatın sonu.
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 31-01-2020 10:14
Baxış sayı: 32 088Yazı axını
04 / 12 / 2025
04 / 12 / 2025
03 / 12 / 2025
03 / 12 / 2025
02 / 12 / 2025
01 / 12 / 2025
30 / 11 / 2025
30 / 11 / 2025
29 / 11 / 2025
28 / 11 / 2025
28 / 11 / 2025
28 / 11 / 2025
26 / 11 / 2025
25 / 11 / 2025
25 / 11 / 2025
25 / 11 / 2025
25 / 11 / 2025
24 / 11 / 2025
22 / 11 / 2025
20 / 11 / 2025
20 / 11 / 2025
19 / 11 / 2025
Ən çox oxunanlar




.jpg)























