Reklam
"Biz həmin 7 ətraf rayonu tərk edirik və gedirik..."
29-01-2020 12:46
Dalidag.az xəbər verir ki, jurnalistlər ondan Baş nazir Nikol Paşinyanın Qafanda ötən həftə keçirdiyi mətbuat konfransında dedikləri barədə şərh istəyiblər. Həmin çıxışında Paşinyan keçmiş hakimiyyətin Qarabağ danışıqlarında ona “ağır miras” qoyub getdiyini, Serj Sərkisyanın dövründə danışıqlar predmeti olmuş sənədin 7 ətraf rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutduğunu demişdi.
“Siz inadla bunu istəyirsiniz ki, mən bu işıqlı gündə hansısa uydurma haqda danışım?”, - Serj Sərkisyan belə deyib.
KİV-lər isə Sərkisyanın 2016-cı ildə Rusiya teleaparıcısı Dmitri Kiselyova müsahibəsində dediklərini xatırladıblar. Həmin müsahibədə Sərkisyan deyirdi ki, Qarabağ münaqişəsinin nizamlanmasına dair üç prinsipə-sərhədlərin toxunulmazlığına, xalqların öz müqəddəratını təyin etməsinə və güc tətbiqindən imtinaya əsaslanan variant hazırlanıb. Və həmin sənədin imzalanacağı təqdirdə Ermənistan və Dağlıq Qarabağ yeddi ətraf rayonu boşaltmalıdır. Lakin Sərkisyan qeyd edirdi ki, həmin rayonların boşaldılması ancaq xalqların öz müqəddəratını təyin etmə hüququnun reallaşması üçün referendumun keçirilməsi şərti ilə baş verə bilərdi.
“Erməni tərəfi, yəni Dağlıq Qarabağ və Ermənistan hazırda təhlükəsizlik zonasını təşkil edən həmin əraziləri tərk edirlər. Yəni həmin əraziləri ki, indi azərbaycanlılar onun işğal olunduğunu deyir. Yeddi Azərbaycan rayonu. Biz həmin rayonları tərk edirik və gedirik. Yəni bu həmin ərazi bütövlüyü prinsipidir. Lakin orada birinci bənddə dəqiq yazılıb ki, Dağlıq Qarabağın yekun hüququ statusu orada yaşayan əhalinin sərbəst iradəsi ilə, referendumla müəyyən edilməlidir”, - Serj Sərkisyan prezident olanda belə demişdi.
Xatırladaq ki, Paşinyan ətraf rayonların Azərbaycana qaytarılmasını, Dağlıq Qarabağda referendumun keçirilməsini nəzərdə tutan həll modelinə münasibət bildirmək üçün "Dağlıq Qarabağ prezidentliyinə namizədlərə" çağırış edib. Və həmin "namizədlər" dərhal bu həll variantına qarşı olduqlarını bildiriblər və ərazilərin qaytarılmasının danışıqlar predmeti olmayacağını deyiblər. Serj Sərkisyanın partiyası isə Paşinyanı qorxaqlıqda, Qarabağa dair hər hansı mövqeyə malik olmamaqda ittiham edib. Azərbaycan tərəfi hələlik Paşinyanın Qarabağa dair növbəti populist gedişinə reaksiya verməyib.virtualaz.org
Dalidag.az
Kateqoriya: Karusel / Qarabağ
Tarix: 29-01-2020 12:46
Baxış sayı: 4722
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23