Reklam
Dilqəm Əsgərovun silahı ilə bağlı AÇIQLAMA - ŞƏKİL
16-01-2020 14:50
Dalidağ.az xəbər verir ki, Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun rəhbəri Eşqin Qasımov apa-ya bildirib ki, Şəmkir rayon Çinarlı qəsəbə sakini, Kürdoğlu Əsgərov sosial şəbəkələrdə və xəbər saytlarında atası Dilqəm Əsgərova məxsus silahın Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müsadirə olunduğunu bildirib:
“Məsələ ilə bağlı qeyd etmək lazımdır ki, 12 dekabr 2018-ci ildə Kürdoğlu Əsgərov Şəmkir RPŞ-yə ərizə ilə müraciət edərək atasına məxsus “Churchil” markalı ov silahının öz adına keçirilməsini xahiş edib. Müraciətlə bağlı vətəndaşa müvafiq etibarnamə olmadığı üçün silahın onun adına keçirilə bilməyəcəyi izah olunduqdan sonra silah müvafiq qanunun tələblərinə uyğun olaraq K. Əsgərovdan alınaraq Şəmkir rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılır. Silah yalnız sahibi Dilqəm Əsgərov girovluqdan azad olunduqdan sonra özünə qaytarıla bilər. Bundan başqa müəllifin həmin silahla bağlı atasının anasına etibarnamə verməsi iddiasına gəldikdə isə qeyd etmək lazımdır ki, nə müraciət zamanı Kürdoğlu Əsgərov, nə də anası Şəmkir rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilən zaman hər hansı bir etibarnamə təqdim etməyiblər”.
Dalidağ.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 16-01-2020 14:50
Baxış sayı: 4966Yazı axını
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
16 / 01 / 2026
Ən çox oxunanlar







.jpg)





















